Mixeil Avaqyanın aksiyası ləğv olundu, səbəb isə Tbilisi meriyasının icazə verməməsi göstərilir
Mixeil Avaqyanın Axalkalakidə ucaldılmış abidəsinə qarşı 5 fevral tarixində Tbilisidə yerləşən Parlament binasının qarşısında keçirləcək olan aksiya ləğv olunub. Bu haqda məlumatı aksiyanın təşkilatçılarından biri olan Sevinc Hübətova öz facebook səhifəsində yazıb.

Onun dediyinə görə, aksiyanın keçirilməsinə Tblisi meriyası icazə verməyib və buna görədə aksiyanın keçirilməsi tarixi dəyişdirilib.

"Dəyərli dostlar! Fevralin ayının 5-də nəzərdə tutulan aksiya ilə bağlı məlumatı nəzərinizə çatdırmalıyam. Bildirmək istəyirəm ki, Tbilisi Meriyasından bu gün 4 fevral tarixində aldığımız məlumata əsasən, sabah yəni 5 fevralda keçiriləcək aksiyaya rəsmi olaraq icazə vermirlər. Xatırlatmaq istəyirəm ki, biz aksiyanın keçirilməsi ilə bağlı Tbilisi Meriyasına rəsmi olaraq məlumatı bir neçə gün öncədən vermişdik.

Aksiyaya bir gün qalmış isə bunun tam əksini dedilər. Sizləri əmin etmək istəyirik ki, aksiya mütləq şəkildə keçirləcəkdir, sadəcə aksiyanın vaxtı dəyişəcək. İstəyirik ki, aksiya tam qanunu şəkildə keçirilsin. Bu məsələ ilə bağlı bizim hüquqşunaslar lazımı sənədləri sabah Meriyaya yenidən təqdim edəcəklər və tələb edəcəyik ki, Meriyadan iki gün ərzində aksiya keçirə bilməyimiz üçün lazımı cavab versin.

Aksiyanin fevralin 8-de kecirilmesi planlaşdırılır. Həmin müddətədək olan vaxtdan aksiyanın daha möhtəşəm və kütləvi teşkili məqsədiləhər hər birinizdən bu statusu maksimum dərəcədə paylaşmağı sizlərdən xahiş edirik"
- paylaşılan posta qeyd olunub.

Xatırladaq ki, 20 yanvar tarixində Axalkalaki bələdiyyəsində Qarabağ müharibəsində vuruşan Mixeil Avaqyanın büstünün açılışı olmuşdur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google