Dimitri Şaşkin – attestat imtahanlarının ləğv olunması ilə məktəblərə rüşvət qayıdır, uşaqlara attestatı “bambanerka” və pul qarşılığında verəcəklər

“Vahid Milli Hərəkat”ın nümayəndəsi, keçmiş təhsil naziri Dimitri Şaşkin attestat imtahanlarının ləğv olunmasına rəy bildirib.

Onun qiymətləndirməsinə görə, attestat imtahanlarının ləğv olunması ilə məktəblərdə fizika, riyaziyyat, kimya və biologiya məhv olacaq. Bundan əlavə Şaşkinin bəyanatına görə attestat imtahanlarının ləğv olunması ilə məktəblərə rüşvət qayıdacaq.

“Dünyada normal ölkələrin hamısında şagirdlər imtahan verir. Gürcüstanda özəl məktəblərdə ildə iki dəfə imtahan verirlər. Çünki təhsilə təcrübə və tədbir görmək lazımdır. Məktəb təhsili ali təhsil qədər vacibdir. Məktəbdə uşaq elə qabiliyyət əldə edir ki, ona bütün həyatı boyu uğurlu adam olmaqda ona kömək edəcək. Bütün dünyada müsabiqə var və səkkiz fənn var onun tədrisi vacibdir və heç bir fənni aradan çıxarmaq olmaz. Ona görə yox ki, kimsə bunu istəmir ona görə ki, bu səkkiz fənin tədrisinin uşaqlarda həyatda lazım olan bacarıqların inkişaf etdirilməsi təsdiqlənib. Həmin səkkiz fənn bunlardır: Ana dili, xarici dil, tarix, coğrafiya, kimya, fizika, biologiya və riyaziyyat. Attestat imtahanlarının ləğv edilməsi ilə fizika, riyaziyyat, kimya və biologiya məktəblərdə məhv olacaq, bunların hamısını 90-cı illərdə görmüşük.

Attestat imtahanlarının ləğb edilməsi ilə məktəblərə rüşvət qayıdacaq, uşaqlara “bambanerka” və pul qarşılığında attestat verəcəklər. 2012-ci ildən sonra hər il attestat imtahanlarının göstəricisi pisləşir. Onu daha da təkmilləşdirilmə lazımdır ləğv etmək deyil”
- bildirib Dimitri Şaşkin.

Mənbə: İnterPressNews

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google