14 yaşlı evladına qarşı təcavüz edən ata saxlanılıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, ailənin yetkinlik yaşına çatmamış üzvünə qarşı törədilmiş təcavüz və seksual xarakterli başqa hərəkətlərdə ittiham olunan şəxs, hakimin hökmü əsasında 1980-ci il təvəllüdlü O.M. Qori bələdiyyəsində saxlanılıb.

Cinayət 10 ildan 13 ilə qədər müddətə azadlıqdan məhrum edilməni nəzərdə tutur.

“İstintaq müəyyən edib ki, ittiham olunan 2017-ci ildə öz mənzilində 14 yaşlı evladına qarşı müxtəlif vaxtlarda seksual xarakterli zorakılıq həyata keçirib. Saxlanılan O.M. günahını etiraf edib”.

DİN-in bəyanatına görə, cinayət işi ilə bağlı aparılan bir çox istintaq və prosessual araşdırma nəticəsində əldə olunan sübutlarla saxlanılan şəxs tərəfindən cinayətin törədildiyi təsdiqlənib.

İndi Sosial Agentlik nümayəndələri qızı Sosial Xidmət Agentliyinin ailə tipli evlərinə aparıblar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google