Gürcüstan 2021-ci ilə qədər işsizlik
kompensasiyası təyin etməyə məcburdur.
Bu
haqda Həmkarlar İttifaqı Birliyinin rəhbəri İrakli Petriaşvili
“Palitra” radiosunda “Saqme” verlişində bildirib. Onun sözlərinə
görə, bu öhdəliyi Avropa İttifaqı ilə Assosiasiya sazişi nəzərdə
tutur. Petriaşvilinin dediyinə görə, hökumət və ya parlament
üzvləri maksimum dərəcədə çalışırlar ki, buna diqqət
yetirməsinlər.
Xatırladaq ki, keçən ay iqtisadi sektor siyasəti komitəsinin sədri
Roman Kakiliya bildirib ki, işsizliklə bağlı kompensasiya məsələsi
haqqında müzakirə başlamalıdır. Kakuliya qeyd olunan məsələ ilə
bağlı, Maliyyə Nazirliyi ilə də çalışmağı planlaşdırırdı. Ancaq
işsizlik kompensasiyası mövzusunda bir neçə gün əvvəl maliyyə
naziri də bəyanat verdi. İvane Macavarianinin qiymətləndirməsinə
görə, indiki mərhələdə işsizlik kompensasiyasına ehtiyac olduğunu
görmür.