Həkim - Yeni gətirilənin anası deyir ki, onun evladı başından travma alıb, ancaq xaricdən heç nə görsənmir

“Rustavi” klinikasından bildirirlər ki, Krdzanisi tədris mərkəzindən gətirilmiş xəstədə zədələr qeydə alınmayıb.


“Xəstə saat 14:10-da gətirilib, günün həkiminə təhvil verdim. Ürəkbulanmadan sonrakı dövr idi. Nevroloq tərəfindən müayinə edildi, ağır patalogiya və zədələr istisna edildi, amma dil maneəsinə görə anasına göstərdim, ana isə bildirdi ki, xəstə başından travma alıb. Araşdrımağa başladıq. İndiki mərəhələdə xəstədə ciddi zədələr qeydə alınmayıb. Vəziyyət stabildir, ünsiyyətçil və adekvatdır, vaxt və məkana istiqamətlənib. Özünün dediyinə görə, başında travma var, ancaq xaricdən heç nə görsənmir. Vizual olaraq müşahidə edildi. Kompüter tomoqrafiyası ilə də kəskin pataloji zədə istisna edildi. Özünün qeyd etdiyinə görə silsiləli şəkildə əsəbləşəndə belə ürəkbulanması yaranır. Heç bir zədə, qan sızması yoxdur. Xəstə faciə briqadası ilə müayinəsini hərbi hospitalda davam etdirəcək” - bildirib jurnalistlərə “Rustavi” klinikasının qəbul şöbəsinin növbətçi həkimi Tamar İakobidze.

Krdzanisi təlim mərkəzində yeni dəvət olunanlar arasında hadisə baş verib. Yeni gələnlərdən biri isə Rustavi klinikasına yerləşdirilib. İPN-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirirlər ki, yeni gələnlər arasında fiziki qarşıdurma olmayıb.

“Krdzanisi təlim mərkəzində yeni gələnlər arasında şifahi qarşıdurma baş verib. Bir yeni dəvət olunan emosional fonda Rustavi klinikasına yerləşdirilib. Ona heç bir fiziki zərər yetirilməmişdir” - qeyd edirlər Müdafiə Nazirliyindən.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google