Fevralın 10-da Axalkalakidə Mixail Avakiyanın büstü qarşısında dinc aksiya keçirilcək
10 fevral tarixində Axalkalaki bələdiyyəsinin Buğaşen kəndində Mixail Avakiyanın büstü qarşısında dinc aksiya keçirilcək.

"Marneuli" Radiosu "Azadlıq" radiosuna istinadən xəbər verir ki, aksiyada yerli sakinlərlə yanaşı, təşkilatçılar rəsmi şəxsləri də dəvət ediblər. Buğaşen kəndində keçirləcək aksiyanın təşkilatçılarından biri olan Karen Apoziyanın "kanal 9-a" verdiyi müsahibəsində bildirib ki, onlar bu yolla Buğaşen qəhrəmanlarına hörmət edilməsini tələb edəcəklər.

O, müsahibəsində onu da bildirib ki, etniq azərbaycanlı olan Gürcüstan vətəndaşları tərəfindən ötən gün parlament qarşısında təşkil olunan aksiyanı provokasiya kimi qiymətləndirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi yalan informasiya yaymaqla Gürcüstan-Ermənsitan arasında münasibətlərin pisləşməsinə çalışırlar.

Cavaxetiyada Mixeil Avakianın büstünün açılması Azərbaycan mediyasının diqqət mərkəzində oldu.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Avakianın evladı və nəvələri tərəfindən Axalkalaki bələdiyyəsinin Buğaşen kəndinin uşaq meydançasında yerləşən Qarabağ müharibə iştirakçısı Mixail Avakiyanın bərpa edilmiş büstünün açılışı olmuşdur.

Xatırladaq ki, 8 fevral tarixində Tbilisidə Parlament binasının qarşısında Mixeil Avaqyanın Axalkalakidə ucaldılmış abidəsi qarşı azərbaycanlı gənclər tərəfindən aksiya keçirildi. Onlar çıxışlarında qeyd etdilər ki, Gürcüstanda separatçının büstü tez bir zamanda götürülməlidir.

Mənbə: radiotavisupleba.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google