Sabahdan 15 fevrala qədər Gürcüstanın əksər rayonlarında açıq hava gözlənilir
Sabahdan 15
fevrala qədər Gürcüstanın əksər rayonlarında açıq hava
gözlənilir.
İPN-ə Ətraf Mühitin Mühafizəsi Xidmətinin
Hidrometroloi proqnozlar bürosunun rəhbəri Svetlana Nioradze
bildirib ki, 12-14 fevralda Qərbi Gürcüstanda açıq, isti hava
gözlənilir. Gündüzlər havanın temperaturu 13-18 dərəcə olacaq. Şərq
istiqamətində külək əsəcək və küləyin sürəti dövri olaraq saniyədə
17-22 metr olacaq.
Şərqi Gürcüstanda konkret olaraq, Kaxeti və Tbilisidə isə bu gecə
və sabah səhər yağış və duman gözlənilir. Sabah gündüz maksimum
temperatur 6-11 dərəcə, Tbilisidə isə 9 dərəcə olacaq.
13-14 fevralda Şərqi Gürcüstanda, həmçinin, Tbilisidə də açıq hava
gözlənilir. Havanın maksimum temperaturu isə 9-14 dərəcəyə qədər
artacaq.
Tbilisidə isə temperatur - 12 dərəcə olacaq.