Sabahdan 15 fevrala qədər Gürcüstanın əksər rayonlarında açıq hava gözlənilir
Sabahdan 15 fevrala qədər Gürcüstanın əksər rayonlarında açıq hava gözlənilir. İPN-ə Ətraf Mühitin Mühafizəsi Xidmətinin Hidrometroloi proqnozlar bürosunun rəhbəri Svetlana Nioradze bildirib ki, 12-14 fevralda Qərbi Gürcüstanda açıq, isti hava gözlənilir. Gündüzlər havanın temperaturu 13-18 dərəcə olacaq. Şərq istiqamətində külək əsəcək və küləyin sürəti dövri olaraq saniyədə 17-22 metr olacaq.

Şərqi Gürcüstanda konkret olaraq, Kaxeti və Tbilisidə isə bu gecə və sabah səhər yağış və duman gözlənilir. Sabah gündüz maksimum temperatur 6-11 dərəcə, Tbilisidə isə 9 dərəcə olacaq.

13-14 fevralda Şərqi Gürcüstanda, həmçinin, Tbilisidə də açıq hava gözlənilir. Havanın maksimum temperaturu isə 9-14 dərəcəyə qədər artacaq.

Tbilisidə isə temperatur - 12 dərəcə olacaq.

Mənbə: İnterPressNews
Print