Tbilisidə transgender qadını döyüblər, hücum edən şəxs saxlanılıb
Ortaçalada transgender qadını döyüblər.
“Rustavi 2” zərərçəkənə istinadən xəbər verir ki,
onu
əvvəlcə təhqir ediblər, daha sonra isə döyüblər.
Daxili İşlər Nazirliyindən “Netgazeti”yə verilən məlumata görə,
polis hadisə yerində bir nəfəri saxlayıb.
Cinayət Məcəlləsinin 126-cı maddəsi və 178-ci maddəsinin birinci
hissəsi ilə istintaq davam edir. Həmin maddələr qarəti və
zorakılığı nəzərdə tutur.