FOTO - Marneulidə Neo Jordaniya küçəsində yol nəqliyyat hadisəsi baş verib
Marneulidə, Neo Jordaniya küçəsində yol nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün axşam saat 18:00 radələrində baş verib. Qəza nəticəsində iki avtomobil toqquşub.

Qəza nəticəsində avtomobillərə zərər dəymişdir və hadisə nəticəsində zərər çəkən olmamışdır.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, yol nəqliyyat hadisəsi ilə bağlı onlara məlumat daxil olmayıb.



"Marneuli" Radiosu
Print