Tsknetidə bələdiyyə avtobusu aşıb və ağaclara çırpılıb, 7 nəfər yaralanıb
Tsknetidə yol nəqliyyat hadisəsi baş verib – Bələdiyyə avtobusu aşıb və ağaclara çırpılıb. Əldə olunan məlumata görə, 7 nəfər yaralanıb. Təcili tibbi yardım briqadaları yaralıları Xeçinaşvili klinikasına aparıb. Hadisə yerinə polis cəlb olunub. Avtobusun sürücüsünün dediyinə görə, avtobus əyləc sisteminin sıradan çıxması nəticəsində aşıb.

“Saxladım, düşənlər düşdü. Bu vaxt əyləc sıradan çıxdı, tutmadı, üzüaşağı getməyə başladı, sürəti azalda bilmədim. Özümü itirmədim, orada ağaclar saxladı. Yoxlanılmışdı, lakin insanın başına iş gələndə gəlir, dəmirdi da”, – Avtobusun sürücüsü bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının sağlamlığa yüngül xəsarət yetirilməsi ilə nəticələnən pozulmasını nəzərdə tutan 276-cı maddəsinin birinci hissəsi ilə istintaq başlayıb.

Mənbə: Rustavi2.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google