Gürcü deputatı Bakıda 600 avroya mahnı oxuyub - Zaza Xutsişvilinin bəyannaməsindən
Deputat Zaza Xutsişvili Bakıda və Tbilisidə mahnı oxumaqla 2018-ci ildə təqribən 200 lari qazanıb. Bakıda bir konsert üçün aldığı honorar 600 avro olub; Tbilisidə isə ona “Hard rok kafe” və pub “Nali” 2320 lari ödəyib. Qeyd olunan klublarda deputat keçən illərdə də ifa edirmiş.

2018-ci ilin bəyannaməsinə görə 2017-ci ildə o, Tbilisidə ifa etdiyi üçün 5 466 lari alıb. Həmin bəyannamədə qeyd olunub ki, Bakıda keçirilən daha bir konsertdən 600 avro honorar qazanıb. 2017-ci ildə konsertlərdən əldə etdiyi gəlir təqribən 7 200 larini təşkil edib. Bu il deputat müəllif honorarı olaraq 827,46 lari də qazanıb.

2017-ci ilin bəyannaməsinə əsasən 2016-cı ildə musiqiçi deputat yalnız “Harda rok kafedə” ifa edirmiş və bu işlə o, 1 200 lari qazanıb. Həmin il o, İctimai Yayımçıda radio verlişin aparıcısı da olub. Buna görə ona 6 300 lari ödəyiblər.

Zaza Xutsişvili 9-cu çağırış parlamentin üzvüdür. O, Vakenin üçüncü dairəsindən majoritar deputat olaraq seçilib.

Zaza Xutsişvili 2017-ci ildə “Beynəlxalq Şəffaflıq – Gürcüstanın” hesabatına düşən deputatlar sırasındadır.

Bu hesabat deputatların bəyan edilməmiş mülkünə, binzes əlaqələrinə və deputatlıqla uyğun olmayan işlərə aid idi. Hesabata əsasən Zaza Xutsişvili bəyannaməsinə Mosiaşvili keçəsində (170 kv.m) yerləşən binasını daxil etməmişdi.

Sonradan ictiami xidmət bürosu təsdiqlədi ki, 59 deputatın bəyannaməsi natamam idi. Onlardan biri də Zaza Xutsişvili idi.

Mənbə: radiotavisupleba.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google