Məhkəmə Kvemo Kartlinin keçmiş qubernatoru Davit Kirkitadzeni həbsdə saxladı
Bu gün, 12 fevral tarixində Qurcaani Rayon Məhkəməsi Davit Kirkitadze barəsində verilmiş ilkin həbs-qətimkan tədbirinə yenidən baxıb və onu ilkin həbsdə saxlamağa qərar verib.

Vahid Milli Hərəkatın siyasi şurasının üzvü və liderlərindən biri olan Davit Kirkitadze 17 dekabr tarixində Kaxetidə saxlanılmışdı. Təqsiri sübuta yetirilərsə, onu 4 ildən 7 ilədək həbs qərarı gözləyir.

Davit Kirkitadze vəzifə səlahiyyətlərindən sui-istifadə etmə işi ilə bağlı 14 yanvar tarixində bəraət almışdı, lakin ona qarşı Cinayət Məcəlləsinin başqa bir maddəsi ilə də istintaq davam edir. Kirkitadzeyə qarşı 19 dekabr tarixində Kaxeti Polis Departamentində ittiham irəli sürülüb. İstintaq onu Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə – 16 dekabr tarixində Velistsixedə keçirilmiş aksiyada polisə hücum, fiziki zorakılıq və əmlaka zərər vurmaqda ittiham edir. Məhz bu məsələ ilə bağlı Kirkitadze barəsində həbs qətimkan tədbiri seçilib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google