Parlamentin C korpusunun təmir işlərinə bir milyon laridən artıq pul xərclənəcək
Tbilisidə, Rustaveli prospektində yerləşən parlament iqamətgahının təmir iləri planlaşdırılır. İşlər üçün parlament aparatı 1 100 000 lari ayırıb. Elektron tender artıq elan edilib və təkliflərin qəbulu 1 marta qədər davam edəcək. Daha konkret olaraq isə parlament binasının C korpusunda yenidənqurma-inşaat və təmir işləri planlaşdırılır.

Tələblərdə qeyd olunduğuna görə işləri yerinə yetirən şirkət elə yerinə yetirməlidir ki, parlamentin normal fəaliyyətinə mane olmasın.

“İşləri yerinə yetirən şirkət təmir yerində lazım olan halda qoruyucu xəbərdarlıq işarələrinin yerləşdirilməsini təmin etməlidir. Təmir yerində sanitar şərtlər və təhlükəsizlik qaydaları qorunmalıdır. İş prosesində işləri yerinə yetirən şirkət yaranan səs-küy, titrəmə və tozun təsirini minimuma endirməyə məcburdur. İstifadə olunacaq materiallar yüksək keyfiyyətli olmalıdır. Onların rəngi, forması və keyfiyyəti, eləcə də qurğular və dəzgahlarla bağlı şirkət əvvəlcədən almaq üçün razılaşmalıdır. İstifadə olunan bütün materiallar və qurğular bu sahədə Avropada tanınmış standartara uyğun olmalıdır” - tələblər qrafasında deyilir.

Tenderdə qalib gələn şirkət müqavilənin bağlanmasından 5 ay müddətində işlərin başa çatmasını təmin etməlidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google