İki od arasında: Gürcüstan Qarabağ müharibəsi iştirakçısının abidəsi ilə bağlı nə etməlidir

Axalkalakinin Buğaşen kəndində 2019-cu ilin 20 yanvarında yenidən, təntənəli şəkildə Qarabağ müharibəsində həlak olmuş, 1990-cı ildən orada duran, Buğaşenli hərbçinin yenilənmiş büstünün açılışı olub.

Rəsmi şəxslərin də iştirak etdiyi abidənin açılış mərasimi Bakıda baş vermiş 1990-cı il faciəsinin, “qara yanvar”ın tarixinə təsadüf edib.

Bu mühitlərin və Qarabağ konfliktinin kontekstini nəzərə almaqla, abidənin açılışına Gürcüstanda yaşayan etnik azərbaycanlı əhali etiraz etdi. Onlar tələb edirlər ki, yerli hakimiyyət Mixail Avakyanın abidəsini götürsün; Buğaşenlilər və Gürcüstanın etnik erməni vətəndaşlarının bir hissəsi isə bu tələbə qarşıdırlar.

Vəziyyəti yüngülləşdirmək mümkündürmü və əgər mümkündürsə necə? Gürcüstan hakimiyyəti bu çətin vəziyyətdən çıxmaq üçün qısa və eləcə də uzunmüddətli perspektivdə nə etməlidir? Bu başqa hansısa problemin yaranması abu-havası deyil ki? Bu hadisə regionda baş vermiş hadisələrlə necə bağlanır? Netgazeti bu suallara Ermənistan-Azərbaycan və konfliktli məsələlər üzrə çalışan mütəxəssislərlə cavab tapmağa cəhd göstərdi.

“ÇIXILMAZ VƏZİYYƏT?”

Barışıq və Mülki Bərabərlik məsələləri üzrə keçmiş dövlət naziri, konfliktoloq Paata Zakareişvili Netgazeti ilə söhbəti zamanı deyir ki, problemin həlli üçün yeganə yol mövcuddur: Yerli hakimiyyət büstü götürməlidir. Onun fikrincə mərkəzi hakimiyyət və təhlükəsizlik yerli hakimiyyətlə danışmalıdır; Yerli hakimiyyət isə başa düşməlidir ki, abidənin təntənəli açılışı ilə “çox böyük səhv ediblər”, bu addım”regionda müəyyən qədər stabilliyi pozur” və “ağrılı ancaq aydın olan qərar qəbul etməlidirlər” – onlar büstü götürməlidirlər.


Bu etnik erməni icmasının qıcıqlanmasına və müvafiq olaraq vəziyyətin daha da kəskinləşməsinə səbəb olmayacaqmı? QHT “Çoxmillətli Gürücstanın” sədri, inteqrasiya məsələləri üzərində çalışan Arnold Stepanyan Netgazeti ilə söhbətində bildirdi ki, belə təhlükə var və ona görə də hesab edir ki, “daha uzunmüddətli perspektivdə çıxış yolunu axtarmalıyıq qısa müddətdə deyil”.

Baxmayaraq ki, uzunmüddətli pespektivdə çıxış yolunun axtarılmasını vacib hesab edir, bu baxışla “Mülki İnteqrasiya Fondunun” sədri Zaur Xəlilov razılaşmır. Netgazeti ilə söhbəti zamanı o, deyir ki, əgər yaxşı izah etsək ki” bəli, sizin kəndliniz idi, amma bu adam başqa ölkənin maraqları üçün, başqa ölkənin ərazi bütövlüyü üçün vuruşurdu- bu addım əhalidə qıcıqlanma yaratmayacaq...


Paata Zakareişvili bu fikirə doğru yönəlir:”Gərginlik yaratmasın deyə ona görə çalışmaq lazımdır. Özünüidarəetmə, bələdiyyə məclisi...əgər kimsə üzərinə götürsə, başlasa və abidəni götürsə, əlbəttə, gərginlik yaranacaq. Çalışmaq lazımdır”.

Xəlilov hesab edir ki, büstü Avakyanın qəbirinə və ya özəl əraziyə aparmaq daha məntiqli olardı. Yəni onu ictimai sahədə qoymayaydılar. Ancaq Arnold Stepanyan düşünür ki, hər iki halda – baxmayaraq ki, abidəni saxlayacaqlar və götürəcəklər – “Bir və ya ikinci tərəf incikli qalacaq və bu problemin həlli demək deyil” və “heç abidənin başqa yerə köçürülməsi də çıxış yolu deyil”.

“Qafqaz evinin” icraçı direktoru Vano Abramişvili deyir ki, büstü götürmək “yaranmış vəziyyətin fonunda həm çətin həm də səhv olar”. Onun fikrincə çıxış yolu əvəzində “Azərbaycan tərəfinin hərbçisi, Gürcüstanda doğulmuş adamların) abidəsinin qoyulması da deyil.

“YENİ ABİDƏLƏRƏ YOX”

Bu dəfə Azərbaycan icmasında hansısa Qarabağ konfliktində Azərbaycan tərəfindən vuruşan hansısa adamın abidəsi qoyulsun təşəbbüsü bizim müsahiblərdən heç birinin xoşuna gəlmir.

Paata Zakareişvili Netgazeti ilə söhbətində dedi ki,”bu vəziyyəti daha da çətinləşdirəcək”; Arnold Stepanyan deyir ki, beləsi ən az bir memorial artıq Marneulinin kəndlərindən birində var, ancaq “bu sünii balans təcrübəsindən əl çəkməliyik”. Bundan əlavə onun sözlərinə görə bu güman ki, azərbaycanlı icma üçün qane edici də olmazdı, çünki aksiyaya “separatizmə yox” şüarı ilə çıxdılar.


“Problem yalnız dialoqla həll olunmalıdır”, - Vano Abramişvili deyir və izah edir:

“Gürcüstan hakimiyyəti, ilk növbədə bu məsələyə özünü tənqidlə başlamalıdır. Çünki bu hadisə Dağlıq Qarabağ konflikti ətrafında Gürcüstanın mövqeyinə ciddi kölgə salır. Kəskin bəyanat lazımdır ki, Gürcüstan üçün ilk məqsəd regionda etnik azərbaycanlı və erməni əhali ilə dialoqdur. Buna mülki cəmiyyət lazım gəliyi halda “mülki komissiyalar” formatında da qoşulmalıdır. Vacibdir ki, bu mövzu uzanmasın çünki bu yalnız konflikti dərinləşdirəcək”.

ÇIXIŞ YOLU – SİYASİ MƏSULİYYƏT

Keçmiş dövlət naziri Paata zakareişvili Netgazeti ilə söhbəti zamanı təklif irəli sürdü ki, parlament qanun qəbul etsin və buna əsasən başqa dövlət simvollarını öz kontrolu altına alsın.

“Hazırda abidənin olub-olmaması yerli özünüidarənin işidir, amma düşünürəm ki, parlament qanun səviyyəsində qərar qəbul etməlidir ki, Gürcüstan ərazisində başqa dövlətlərin dəyərini və ya müəyyən mövqeyini əks etdirən simvollar siyasi orqanlarla razılaşılıb elə qoyulmalıdır”- Paata Zakareişvili deyir. Misal olaraq Kürün sağ sahilinə Heydər Əliyevin adının verilməsini, Ronald Reyqan heykəlinin qoyulması və.s kimi halları gətirir.


Bu təşəbbüsü Zaur Xəlilov alqışlayır. “Mütləq. Belə nəticə verə biləcək məsələlərlə bağlı mərkəzi hakimiyyət qərar qəbul etməlidir”.

Ancaq belə qanunvericilik tənzimləmələrindən kənar yenə də həll olunmayan problemlər qalmaqdadır. Məsələn, Xəlilovun müşahidə etdiyi kimi bir tərəfdən abidənin açılışı, digər tərəfdən azərbaycanlı icma tərəfindən “Qarabağ hərbçisinin abidəsinin qoyulmasını aqressiv qəbul etmək” göstərir ki, “Gürcüstanın etnik erməni və azərbaycanlı vətəndaşları siyasi,sosial, ictimai olaraq özlərini bizim ölkənin vətəndaşları hesab etmirlər; Bu ölkə ilə identifikasiya ola bilmirlər”.


“SİMPTOMATİK TƏZAHÜR”

Vano Abramişvili bu məsələyə belə baxır: “Baş verən fakt illərlə yığılmış problemin aşkara çıxmasıdır. Mərkəzi hakimiyyətlə yerli özünüidarəetmə arasında ünsiyyət zəif olanda belə olur. Bu problem etnik azlıqların məskunlaşdığı regionlarda daha kəskin şəkildə durur.

Abramişviliyə əsasən “heç bir hökumətin yetərli dərəcədə siyasi iradə olmadı ki, Gürcüstanın dövlətçiliyinin gücləndirilməsi prosesində etnik azərbaycanlı və erməni əhalisinin qoşulmasını vacib elementə çevirsin”.

Zaur Xəlilov da Arnold Stepanyan da etnik erməni və azərbaycanlı vətəndaşların inteqrasiyasının çatışmamazlığını diqqətə yetirirlər və onlarla çalışmağın vacibliyini qeyd edirlər.

“Bu adamlar Ermənistanın, Azərbaycanın, Türkiyə və Rusiyanın məlumat sahəsində yaşayırlar, onların verlişlərini izləyirlər, onların xəbərlərini oxuyurlar və Gürcüstanda nə baş verdiyini haqqında az bilirlər”- Stepanyan xatırladır.

Onun sözlərinə görə buna siyasi həyatda iştirak etmənin çatışmamazlığı təcrübəsi də əlavə olunur: “İllər əvvəl olduğu kimi indi diskriminasiyadan danışa bilmirik. Məsələn, “erməni və ya azərbaycanlı olduğuna görə” işə götürməkdən imtina etmirlər. Belə reallıq yoxdur. Amma siyasi iştirakdan danışanda faktdır ki, etnik azlıq nümayəndələri belə deyək “prestijli” sosial yerləri tutmurlar”- Stepanyan deyir.

“Hazırda elə ya belə çıxır ki, hər iki icma tərəfdir, belə deyək zəif tərəf. Ancaq bəzisi aktivdir” – o, deyir və bildirir ki, “bizim bəzi vətəndaşlar silahlı mübahisədə hər iki tərəfdən” 1988-94-cü illərdə olduğu kimi 2016-cı ilin aprelində yenilənən konfrontasiyada iştirak edirdilər.

REGİONAL DİNAMİKA
Ermənistanda “Məxməri İnqilab” və hakimiyyətə Nikol Paşinyanın gəlməsindən sonra beynəlxalq media və Qafqaz məsələləri üzrə mütəxəssislərin bir hissəsi qeyd edir ki, iki ölkənin yeni şansları ilə bağlı nəhayət ki, dinc proseslərə başlasınlar; Ermənistan və Azərbaycanın Xarici İşlər Nazirləri arasında birbaşa görüş baş tutur; Bir baxışdan, rəsmi aqressiv ritorika bir az da olsa zəiflədi...


“Üzdə necə görsənirsə sanki həqiqətən də elədir. Elə bu yaxınlarda azərbaycanlı jurnalistləri rəsmi olaraq Ermənistana buraxdılar. Görünür, ilk addımları atırlar və nələrdəsə razılaşırlar. Belə halda bu (Buğaşen mühitində baş verən) hadisələrdən danışsaq, bu (sülhə qarşı) olan kampaniyanın bir hissəsidir. Azərbaycan mətbuatında “top xəbər” bu idi. Ancaq bu halda mqəsədli qrup daha çox Azərbaycan əhalisi idi – onlara deyirdilər, “baxın, ermənilər nə edirlər. Yenə abidələr qoyurlar”. Kiməsə barışmaq xeyir eləmir. Bu kimsə Rusiyadır”- Arnold Stepanyan deyir.

Zaur Xəlilovun dediyinə görə, bu halda əsas sual belədir: Bu konfliktin Gürcüstana keçməsi üçün biz nə edirik?

İKİ OD ARASINDA

Paata Zakareişvili deyir ki, Gürcüstan “tamamilə neytral ola bilməz”, çünki Azərbaycanın ərazi bütövlüyünə qarşı kəskin mövqe göstəriblər, bu düzgündür, “ancaq o, çalışır ki, bu məsələdə balansı qorusun”. Stepanyan isə narahat olur ki: “İcmalar, icma liderlər arasında provokatorların vasitəsilə hər şey vəziyyətin daha ağırlaşmasına doğru gedir (Gürcüstanda yaşayanlar üçün).

Zaur Xəlilov qeyd edir ki, bu hadisələr “daha bir əsaslı problem” göstərdi: “Erməni-azərbaycanlı konfliktinin Gürcüstan ərazisinə keçməməsi ilə bağlı şifahi razılıq pozulur, həmçinin, balans da pozulur və Gürcüstan tərəf olmağa məcbur olur. Bu ən böyük bədbəxtlikdir”.


Arnold Stepanyana əsasən “Ermənistan və Azərbaycan maraqlarını daşıyan adamlar var; Həmin adamlar icmalarda çalışırlar və yetərincə məşhurdurlar. Biz isə gürcü cəmiyyəti siyasi elita, heç bir şey etmirik ki, bu əhalini özümüzə doğru çevirək. Ona görə ki, heç kim diqqət etmir”.

Stepanyan hesab edir ki, “uzunmüddətli perspektivdə ən azı elə etməlidirlər ki, hər iki ölkə bu konflikti Gürcüstana keçirməsin”. “Onların milli maraqları aydındır, amma belə bizə zərər dəyir”- o, deyir:

“Gürcüstanda yaşayan hər iki icma Ermənistan və Azərbaycan üçün də vacib yerlərdə yaşayırlar. Bu hər ikisi üçün tranzit yoldur. Müvafiq olaraq berketlərinin olmasını ki, istəyirlər bu məntiqlidir. Konflikt zamanı iki məqsədləri var: Ən azı bu tranzit yolunda maneçilik yaranmasın və ən çoxu rəqibləri üçün tranzit yolu bağlasınlar. Hər ikisi bu yola bağlıdır və vacibdir ki, bu icmalarla çalışsınlar. Ancaq bundan biz zərər çəkirik”- Stepanyan bildirir.

“Regionda üç ölkə yer alır və bundan ikisi arasında fövqəladə vəziyyət varsa, təbiidir ki, üçüncü maksimum balanslı mövqe tutmağa çalışır. Onun hər iki ölkə ilə müxtəlif strateji maraqları var, ancaq çalışmalıdır ki, daxili problemlərdə siyasət balanslaşdırılsın və cəhd göstərməlidir ki, onun hərəkətləri gərgin olan vəziyyəti daha da gərginləşdirməsin”,- Paata Zakareişvili deyir.

GÜRCÜSTAN NƏ ETMƏLİDİR?

Zaur Xəlilov deyir ki, “hər şeyə post-fakt reaksiya göstərmək olmaz, bu elə məsələdir ki, həll edilməli idi”. Onun sözlərinə görə “elə də anti-erməni sentimentləri var, mediada armenofobiya səslənir və.s. Bunun üzərinə üstəlik neft də töksələr dəhşət alınacaq”.

“İllərdir ki, çalışırıq, təlimlər keçirik, yerli özünüidarəetmələrlə də çalışırıq. İstəyirik ki, bu gəncləri Gürcüstana doğru çevirək... Əgər bu əhalinin inteqrasiyasını istəmiriksə o zaman anklavlar olacaq. Biz isə bu dövrü artıq keçmişik – həmin regionlara gedirdin və dövlət dilində heç kim danışmırdı, məzənnə orada keçmirdi və qonşu ölkənin bayraqları ilə qaçırdılar. Hara qayıdırdıq? İstəyirik ki, gənclərin konflikti olmasın, bir-biri ilə görüşdürürük, dostlaşdırırıq, birgə işlər gördürürük. Başqa regionlara aparırıq ki, tanış olsunlar, şəxsi əlaqələri olsun, ümumi tarixləri olsun. Bu fonda belə provokasiyalar, yüngül şəkildə desək mənəvi baxımdan da idarə olunmayıb”- o, deyir.

Ona görə də Xəlilov səthdən kənar olan problemlərlə üzləşməni vacib hesab edir. Arnold Stepanyan da bu fikirdədir:

“Uzunmüddətli perspektivdə adamlarla, xüsusuilə gənclərlər çalışmalıyıq ki, onlar Gürcüstan vətəndaşlarıdırlarsa öz ölkələrinin inkişafına diqqət ayırsınlar. Onlar özlərini Gürcüstan vətəndaşı hesab etməlidirilər, Gürcüstan haqqında düşünməlidirlər başqa ölkə haqqında deyil. Həmçinin, Gürcüstandan kənarda olan konfliktlərdə iştirak etmək və azərkeşlik etməyi də nəzərdə tuturam”.

O, davam edir: “Düşünürəm ki, dövlət indi qoşulduğundan daha ciddi şəkildə prosesə qoşulmalıdır. Məktəblərdə adamlarda vətənpərvərliyin inkişafına daha çox diqqət yetirilməlidir. Siyasət yalnız kağızda yazılan olmamalıdır, hərəkətlərdə də təsvir olunmalıdır”.



Abramişviliyə görə, “heç bir hökumətin yetərli dərəcədə siyasi icazəsi olmadı ki, Gürcüstanın dövlətçiliyinin gücləndirilməsi prosesində etnik azərbaycanlı və erməni əhalisinin qoşulmasını vacib elementə çevirsin”.

“Buna görə də mərkəzi hakimiyyət dövri olaraq özünü göstərən problemlərin sensitivliyini və əhəmiyyətini hiss etmir. Çoxları bunu resursların az olması ilə doğruldur, amma yekunda hər şey siyasi iradəyə qədər gedib çıxır, mövcud olan siyasi gün qrafikində isə bu mövzunun aktuallığı, təəssüf ki, yenə də hiss olunmur”.

Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstanın Dövlət naziri Aparatından Netgazetiyə bu mövzuda yazıblar ki, “kənar sensitiv məsələlərin, konfliktlərin daxili kontekstdə və Gürcüstan vətəndaşları arasındakə əlaqələrdə siyasiləşdirilməci yolverilməzdir”.

Müəssisəyə görə vacibdir ki, “bizim cəmiyyətin nümayəndələri, etnik və ya dini mənşəyindən və siyasi baxışlarından asılı olmayaraq vətəndaşlar...ilk növbədə bizim mülki məsuliyyətimizdən dolayı çıxış edək. Əminik ki, bizim əhali üçün sülh içində yaşamaq və ölkənin inkişafı bizim konsolodasiya yolu ilə əsas marağımızdır və gələcəkdə bütün məsələləri məhz bu yöndə həll edəcəyik”.

“Artıq illərdir ki, ölkədə çox sayda dövlət proqramı fəaliyyət göstərir və etnik azlıqların inteqrasiyasına xidmət edir. Daha çoxunu etməyi planlaşdırırıq. Bizim məqsədimiz etnik azlıq nümayəndələrinin, xüsusilə gənclərin ölkə həyatının bütün sahələrinə daha çox qoşulmasıdır. Çox sayda erməni və azərbaycanlı aktiv və kavlifikasiyalı gənclərimiz var. Onlar ana dili ilə yanaşı dövlət dilini də mükəmməl şəkildə bilirlər. Onlar üçün yeni yaradılmış təcrübə proqramı ilə bütün ictimai xidmətlərə qapı açılır. Bunu davam etdirəcəyik və çox sayda nümunəvi adam yetişdirəcəyik. Onlar ölkənin gücləndirilməsində, bizim sülh içində yaşamağımızda, rəngarəng ənənələrin davam etdirilməsində və möhkəmləndirilməsində öz qatqılarını daxil edəcəklər”.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google