"Qazpromla" danışıqlar gedir - Baxtadze
Baş nazir Mamuka Baxtadzenin bəyanatına görə İqtisadiyyat Nazirliyi müqavilə məsələsi ilə bağlı “Qazpromla” danışıqlar aparır.
“Bu danışıqların nəticəsini gözləyək. Düşünürəm ki, qısa müddətdə bu proses başa çatacaq. Bizim mövqeyimiz odur ki, Gürcüstan müqavilədə mövqeyləri təkmilləşdirsin. Təbiidir ki, danışıqlar zamanı çıxılacaq nöqtə bizim milli maraqlarımızdır” - Mamuka Baxtadze deyir.

İndiki mərhələdə hansı hüquqi prosedurlarla qaz tranziti həyata keçirilir sualına Baxtadze cavab verib ki, danışıqlar dövründə hər hansı müqavilə müəyyən şərtləri nəzərə alır.

“Bu məsələ ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyi verəcək” - baş nazir deyib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google