Slovenyalı deputat sendviç oğurluğuna görə vəzifəsindən istefa edib
Sloveniyanın parlament üzvü idarəçi komandadan vəzifəsindən istefa edib. Səbəb isə sendviç oğurlamasıdır. Dariya Kraiçiçi deyir ki, ərzağı almaq istəyirmiş, ancaq mağaza xidmətçisi ona diqqət yetirməyib və qərar verib ki, marketin təhlükəsizliyini “test etsin”.

Deputat deyir ki, sonradan mağazaya qayıdıb və sendviçin pulunu ödəyib.

Deputat cəmiyyətdən öz “sosial eksperimentinə” görə üzr istəyib. Bu məsələni deputatın özü ictimai olaraq komitənin iclasında lətifə kimi danışıb. Məlum olub ki, mağazanın əməkdaşları deputatın hərəkətini görməyiblər.

İlk əvvəl deputatlar onun lətifəsinə gülüblər, ancaq sonradan fraksiya rəhbəri baş verənin qəbuledilməz olduğunu bildirib və deputat özü istefa verib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: მსოფლიო
FaceBook Twitter Google
მსგავსი სიახლეები