Hüquqi Məsələlər üzrə Komitə 9 deputat tərəfindən imzalanmış qanun layihəsini dəstəkləməyib
Hüquqi Məsələlər üzrə Komitənin 9 deputatı tərəfindən imzalanmış “Ümumi məhkəmələr haqqında” qanun layihəsi dəstəklənməyib. Deputatlar qeyd olunan məsələ ilə bağlı üç saat yarım ərzində mübahisə fonunda müzakirə aparıblar. Qanun layihəsinin müəllifi Eka Beselianın bəyanatına görə, bugünkü iclasda illüstrasiya olub və məlum olub ki, cəmiyyət başqa tərəfdə, Ədliyyə Şurası və Komitə üzvlərinin bir hissəsi isə başqa tərəfdə durur.

“Hüquqi komitənin layihəni dəstəkləməyən üzvləri Ədliyyə Şurasının gətirdiyi arqumentləri xatırladırdılar. Faktdır ki, cəmiyyət bir tərəfdədir və ikinci tərəfdə Ədliyyə Şurası və Komitə üzvləri dururıar. Sessiyada bir daha deputatların illustrasiyası olacaq. Sonrakı addım imzalar və konstitusional dəyişikliklərdir” – Eka Beselia qeyd edib.

Qeyd olunan təşəbbüsün məqsədi hakimlərin müddətsiz təyin olunmasını 2024-cü ilin 31 dekabrına qədər təxirə salmaqdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google