Külək 87 ağac, 62 dam örtüyü, 32 avtomobil, 8 təbii qaz borusu, 8 yüksək cərəyanlı elektrik dayanacağı və 4 reklam lövhəsinə zərər vurub
Güclü küləyə
görə 16 fevraldan 19 fevral saat 12:00-a qədər DİN-in Fövəqladə
Halların İdarəsi Xidmətinə 261 mesaj daxil
olub.
Müəssisənin məlumatına görə, ən çox, 200 mesaj
Tbilisidən daxil olub.
Fövəqladə Halların İdarəsi Xidmətinin məlumatına görə küləlk ölkə
miqyasında zərər vurub:
87 ağac;
62 dam örtüyü;
32 avtomobil;
8 təbii qaz borusu;
8 yüksək cərəyanlı elektrik dayanacağı;
4 reklam lövhəsi.
Müəssisənin məlumatına görə, bütün hallarda müvafiq xidmətlər
vaxtında reaksiya göstəriblər.
Onların məlumatına görə, güclü küləkdən yaranan problemlərə görə
fiziki olaraq heç kim xəsarət almayıb.
Fövəqladə Halların İdarəsi Xidmətinin məlumatına görə xilasedicilər
pis hava şəraitinə görə işlərinə gücləndirilmiş rejimdə davam
edirlər ki, vətəndaşlara təhlükə yaranmasın.