Sürücülük vəsiqəsinin C, D və E kateqoriyalarını dəyişmək istəyənlərin sayının çox olduğuna görə Xidmət Agentliyi bazar günü də çalışacaq
14:38 / 22.02.2019
Sürücülük
vəsiqəsinin C, D və E kateqoriyalarını dəyişmək istəyənlərin
sayının çox olduğuna görə Xidmət Agentliyi bazar günü də
çalışacaq.
“DİN-in Xidmət Agentliyi məlumat verir ki, sürücülük vəsiqəsinin
C,D vəE kateqoriyalarını dəyişmək istəyənlərin çox sayda olmasına
görə agentliyin bütün xidmət mərkəzləri əlavə olaraq bazar günü də,
24 fevralda saat 09:30-dan 18:00-a kimi çalışacaq. Əlavə iş günündə
vətəndaşların yalnız sürücülük vəsiqəsinin dəyişdirilməsi-bərpası
xidmətindən istifadə edə biləcəklər”- DİN-dən bildirirlər.
2019-cu ilin bir martından Gürcüstanda 2014-cü ilin bir martına
qədər verilmiş C,D və E kateqoriyası və alt kateqoriyanın sürücülük
vəsiqələri hüquqi qüvvəsini itirir. Dəyişiklik B kateqoriyasına,
yəni minik maşını kateqoriyasının sürücülük vəsiqəsinə aid deyil.
Həmçinin, B kateqoriya ilə yanaşı əlavə C,D və ya CD kateqoriyası
olan, nacaq indiki mərəhlədə yalnız B kateqoriyasından istifadə
edən vətəndaşlara da aid deyil. Qeyd olunan şəxslər marta qədər
dəyişmək məcburiyyətində deyillər, vaxt başa çatdıqdan sonra nə
zaman istəsələr Xidmət Agentliyinə müraciət edə və hər hansı əlavə
proseduralardan keçə, həmçinin, imtahan vermədən sürücülük
vəsiqəsini də dəyişə bilərlər.
DİN-in məlumatıa görə vətədaşlara xidmətin əlçatan olmasını
artırmaq üçün agentlik cari ilin 8 fevralından xüsusi rejimlə
çalışır – iş saatlarının sayı artırılıb və vətəndaşlar bazar
ertəsindən hər iş günü saat 09:00-dan 20:00-a qədər şənbə və bazar
günləri isə saat 09:30-dan 18:00-a qədər sürücülük vəsiqələrini
dəyişə bilərlər.