Son 24 saat ərzində Gürcüstanda koronavirusa yoluxma hallarının
sayı 8 nəfər artaraq 939 nəfərə çatıb.
Bu barədə məlumat hökumət tərəfindən xüsusi yaradılmış stopcov.ge
veb saytında yerləşdirilib.
Sağalmış insanların sayı isə 23 nəfər artaraq
817 olub.
Karantin rejimində 3 080 nəfər, stasionar nəzarəti altında 242
nəfər var.
Ölkədə 15 nəfər koronavirusdan dünyasını dəyişib.
Bunlarla yanaşı, 3 Gürcüstan vətəndaşı müalicə üçün xaricdən vətənə
qaytarılıb.