İnspektor xidməti vəzifəsini yerinə yetirərkən dünyasını dəyişib - Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyinin Mühafizə Polis İdarəsinin məlumatına görə, Tbilisi toplama və mühafizə-evakuasiya xidmətinin inspektoru, polis mayoru Valerian Qoqatişvili xidməti vəzifəsini yerinə yetirərkən qəflətən pisləşib və dünyasını dəyişib.

Hadisə Tbilisinin Çavçavadze prospektində baş verib.

Mühafizə Polis İdarəsi polis mayorunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci, yəni intihar həddinə çatdırma maddəsi ilə istintaq aparılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google