Almaniyada Gürcüstan vətəndaşı oğurluq etdiyinə görə saxlanılıb
Yerli mətbuat xəbər verir ki, Almaniyada oğurluqda şübhəli bilinən Gürcüstan vətəndaşı saxlanılıb.

Onların məlumatına görə, istintaqa əsasən, Gürcüstan vətəndaşı ilə birlikdə Rusiya vətəndaşı da saxlanılıb.

Saxlanılan şəxslər Hamburqda ətir mağazalarından birində oğurluq edib. Onlar ətirləri pencəklərinin daxili ciblərində gizlədiblər, lakin onların hərəkəti mühafizəçinin diqqətindən qaçmayıb və polis çağırılıb.
Hər iki şübhəli istintaq təcridxanasına aparılıb. Oğurluq faktı ilə bağlı cinayət işi başlanıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google