Beton məhəccərlər “Qara arxa” tökülüb
Marneuli şəhərində Qamsaxurdiya və Rustaveli küçələrinin kəsişməsində beton məhəccərlər tökülüb “Qara arxa”. Bir neçə gündür, bir neçə beton məhəccər “Qara arxa” düşüb və nəticdə piyadalar üçün olan səki sıradan çıxıb.

“Qara arx” Gürcüstan Meliorasiyasının balansındadır. “Marneuli” radiosu bu gün, 5 fevral tarixində Qamsaxurdiya və Rustaveli küçələrinin kəsişməsində kanala tökülmüş beton məhəccərlər haqqında Gürcüstan Meliorasiya Xidmətinə məlumat verib.

Gürcüstan Meliorasiya Xidmətinin Kvemo Kartli regionunun Xram-Debet bölməsinin rəhbəri Tornike Qoqlidze bizimlə söhbəti zamanı bildirdi ki, meliorasiya yaxın gələcəkdə reaksiya göstərəcək və kanaldan beton daşları çıxaracaqlar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google