Marneuli məktəbləri neçə nəfər birinci sinif şagirdini qəbul edə biləcəklər?
Bu gün, 6 mart tarixində 1-ci siniflərin qeydiyyatına başlanılıb. Marneuli Təhsil Resurs Mərkəzindən bildirirlər ki, 2024-2025-ci tədris ilində Marneulinin 74 ictimai məktəbi maksimum 2200 şagird qəbul edə biləcək. Onların açıqlamasına görə, məktəblərə hər il təxminən 2000 birinci sinif şagirdi qeydiyyatdan keçir.

Təhsil Nazirliyinin məlumatına görə, 1 dekabr tarixinə qədər 6 yaşı tamam olacaq uşaqlar birinci sinifə qeydiyyatdan keçə biləcəklər.

Qeydiyyatın ilkin mərhələsində, 2024-cü ilin 6 mart tarixindən 20 mart tarixinə qədər xüsusi təhsilə ehtiyac duyan uşaqlar qeydiyyatdan keçə biləcəklər.

Xüsusi təhsilə ehtiyac duyan şagird olaraq hesab olunur:
  • a) Fiziki məhdudiyyəti olanlar;
  • b) İntellektual inkişaf pozuntusu olanlar;
  • q) Təhsil qabiliyyətinin pozuntusu;
  • d) Sensor inkişafın pozulması (eçitmə və ya görmə);
  • e) Nitq inkişafının pozuntusu;
  • v) Davranış və emosional pozuntu;
  • z) Uzunmüddətli xəstəxanaya yerləşdirmə ehtiyacı;
  • t) Təhsildə sosial faktorlardan yaranmış çətinlikər və bu çətinliklərə görə, milli təhsil planının tələblərinə uyğunlaşa bilməmək;
  • i) Autizm spektri.
Xüsusi təhsilə ehtiyac duymayan uşaqlar növbəti mərhələdə qeydiyyatdan keçə biləcəklər.

Birinci sinifərin qeydiyyatı dörd mərhələdən ibarətdir.

Birinci sinifə qəbul üçün təqdim olunmalı sənədlər:
  • Şagirdin qanuni nümayəndəsinin ərizəsi. Ərizədə qanuni nümayəndəsnin yaşayış yeri və telefon nömrəsi haqqında məlumat qeyd olunmalıdır. Ərizə Gürcüstan Ümumi İnzibati Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilmiş digər tələblərə uyğun olmalıdır. Qanuni nümayəndənin şəxsiyyəti təsdiq edən sənədin nüsxəsi və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin nüsxəsi (belə hal olarsa). Sənədlər xarici dildə olarsa Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq gürcü dilinə tərcüməsi də təqdim olunmalıdır).
  • Şagirdin doğum şəhadətnaməsi yaxud şəxsiyyəti təsdiq edən sənədin nüsxəsi və Gürcüstanda müvəqqəti yaşayışı təsdiq edən sənədin nüsxəsi (belə hal olarsa). Sənədlər xarici dildə olarsa Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq gürcü dilinə tərcüməsi də təqdim olunmalıdır).
Print ელ. ფოსტა
FaceBook Twitter Google