“Napoli” Kvaratsxeliya ilə 150 milyon avroya ayrılmağa hazırdır
“Napoli” gürcü cinah oyunçusu Xviçi Kvaratsxeliya ilə bağlı qərar verib.

Məlumata görə, Neapolitan klubu futbolçu ilə 150 ​​milyon avroya ayrılmağa hazırdır. Bu onunla izah olunur ki, “Napoli” Kvaratsxeliya və nigeriyalı hücumçu Viktor Osimhenin eyni vaxtda klubu tərk etməsini istəmir.

Xatırladaq ki, Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də oynayır. Bu mövsüm cinah oyunçusu bütün yarışlarda 36 oyun keçirib, on qol vurub və beş məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. “Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 80 milyon avrodur.


Məmbə: oxu.az
Print ელ. ფოსტა
თეგები: Napoli Xviçi Kvaratsxeliya
FaceBook Twitter Google