Marneulinin üç məktəbində həkimlər üçün vakansiya elan olunub.
Marneuli şəhər 3 saylı ictimai məktəbi, Sadaxlı 2 saylı ictimai
məktəbi və Şaumyani 3 saylı ictimai məktəbi həkim axtarır.
Müəllimlər üçün iş elanı veb-saytında dərc olunan məlumata görə,
Sadaxlı 2 saylı ictimai məktəbində 13 mart tarixinə, Şaumyan 3
saylı ictimai məktəbində 15 mart tarixinə, Marneuli şəhər
3 saylı
ictimai məktəbində isə 17 mart tarixinə qədər vakant yerlərə
ərizələr qəbul olunacaq. Hər üç vakansiyada əməkhaqqı 600 laridən
başlayır.
Marneuli bələdiyyəsinin Şaumyan kənd 3 saylı ictimai məktəbi:
- İş saatı – həftədə 40 saat
- Təxmini əməkhaqqı – 600-720 lari/ayda
Marneuli bələdiyyəsinin Sadaxlı kənd 2 nömrəli ictimai məktəbi:
- İş saatı – həftədə 40 saat
- Təxmini əməkhaqqı – 720 lari/ayda
Marneuli şəhər 3 saylı ictimai məktəbi:
- İş saatı – həftədə 40 saat
- Təxmini əməkhaqqı – 0-605 lari/ayda
Seçilmiş namizədlər 1 aprel tarixindən işə başlaya biləcəklər.