2023-cü il ərzində Kvemo Kartlidə qadınlara qarşı zorakılıqla bağlı
103 fakt qeydə alınıb.
Daxili İşlər Nazirliyinin yayımladığı statistik göstəricilərə
əsasən qadınlar ən çox psixoloji zorakılığın qurbanı olurlar.
Qadınlara qarşı zorakılıq növlərinin statistik göstəricilərinə
görə, Kvemo Kartlidə qadına qarşı 78 psixoloji zorakılıq faktı
müəyyən edilib. Qadınlar 14 halda fiziki zorakılıq, 7 halda cinsi
zorakılıq, 3 halda məcburiyyət, 1 halda isə iqtisadi zorakılıq
qurbanı olublar.
Qadına qarşı zorakılıq hallarına görə Tbilisi liderlik edir, daha
sonra Acarıstan, sonra isə Kvemo Kartli gəlir.
Ötən il Gürcüstanda 746 qadın psixoloji zorakılığın qurbanı olub.
129 qadın fiziki, 23 qadın isə cinsi istismara məruz qalıb. 2023-cü
ildə 20 qadın məcburiyyətin, 2 qadın iqtisadi zorakılığın, 1 qadın
isə baxımsızlığın qurbanı olub.