Marneuli şəhərində, Qamsaxurdiya küçəsində yerləşən içki
mağazasının qapısını sındırıblar.
Hadisə bu gün, 14 mart tarixində baş verib.
Mağazadan “Marneuli” radiosuna verilən məlumata görə, mağazadan heç
nə oğurlanmayıb. Mağazada yalnız şüşə qapını sındırıblar.
Hadisə yerinə ekspert-kriminalistlər qrupu cəlb olunub.
“Marneuli” radiosunun Daxili İşlər Nazirliyindən əldə etdiyi
məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə
istintaq aparılır. Həmin maddə başqasının əşyasına ziyan vurma və
ya məhv etməni nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!