AVRO-2024: Gürcüstan millisi Lüksemburqa qalib gələrək, seçmə mərhələsində finala yüksəlib
Gürcüstan millisi ilə Lüksemburq yığmasının qarşılaşdığı AVRO-2024-ün seçmə mərhələsinin 1/2 final mərhələsinin oyunu başa çatıb.

Oyun “Boris Payçadze” (Dinamo-Arena) stadionunda (Tbilisi, Gürcüstan) baş tutub. Görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.

Qarşılaşmada hesabı 41-ci dəqiqədə gürcüstanlı hücumçu Budu Zivzivadze açıb. 55-ci dəqiqədə qonaqlar görüşdə hesabı bərabərləşdirsələr də, videoda oyuna təkrar baxan baş hakim qolu ləğv edib və kobud oyuna görə qonaqların futbolçusu Maksim Şanonu meydandan qovulub. 61-ci dəqiqədə Levan Şengeliyanın ötürməsindən Budu Zivzivadze dubl edib.

Gürcüstan Yunanıstan-Qazaxıstan cütünün qalibi ilə qarşılaşacaq C yolunun finalına yüksəlib. Lüksemburq AVRO-2024-ə vəsiqə şansını itirib.

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print ელ. ფოსტა
FaceBook Twitter Google