Gürcüstan Prokurorluğu: 4 nəfər saxta qızılları lombardlara təhvil verərək dələduzluq yolu ilə 37 347 lari əldə edib
Prokurorluq dələduzluqla məşğul olan mütəşəkkil dəstənin dörd üzvünə qarşı ittiham irəli sürüb.

Qurumun məlumatına görə, Daxili İşlər Nazirliyinin istintaqı zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər mütəşəkkil dəstə yaradaraq 2021-2023-cü illərdə Gürcüstanın müxtəlif şəhərlərində hüquqi şəxslərlə qiymətli metal (qızıl) ilə girov qoyulmuş lombard krediti müqavilələri bağlayıblar, girov kimi saxta qızıl əşyalardan istifadə ediblər.

Onlar bu yolla adıçəkilən hüquqi şəxslərə məxsus külli miqdarda - ümumilikdə 37 347 lari pulu dələduzluq yolu ilə ələ keçiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları martın 19-da mütəşəkkil dəstənin hər dörd üzvünü saxlayıblar.

Onlara Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin 2-ci “b” hissəsi və 4-cü hissəsinin “a” hissəsinin (dələduzluq, qanunsuz mənimsəmə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə) və 3-cü maddəsinin “b” hissəsinin 180-ci (dələduzluq, qanunsuz ələ keçirmə, külli miqdarda, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 4-cü hissənin “a” bəndləri təqdim edilmişdir.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində qabaqlayıcı tədbirlərin tətbiq edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print ელ. ფოსტა
FaceBook Twitter Google