Marneuli Bələdiyyə Məclisi binasının tikilməsi üçün dördüncü dəfə tender elan olunub
Marneuli Bələdiyyə Məclisi binasının tikintisi üçün dördüncü dəfə tender elan olunub. Birinci tenderdə heç kim iştirak etməyib, ikinci tenderdə yeganə iştirakçı “Mşen-Servis” MMC olub və texniki sənədlərə görə tenderdən kənarlaşdırılıb.

Üçüncü dəfə elan edilmiş tenderdə həmin şirkət, “Mşen-Servis” iştirak edib və tender komissiyası yenidən texniki sənədlərə görə şirkəti tenderdən kənarlaşdırıb.

Meriya Bələdiyyə Məclisi binasının tikintisi üçün 2 156 344 lari xərcləməyi planlaşdırır. Binanın tikinti xərclərin 50% 2024-cü il, 50% isə 2025-ci ilin büdcəsindən maliyyələşdiriləcək.

Dördüncü tenderdə iştirak etmək istəyən namizədlər 10-15 aprel tarixində öz təkliflərini təqdim edə biləcəklər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 720 gün ərzində işləri təhvil verməlidir.

Qeyd edək ki, Marneuli meriyası Bələdiyyə Məclisi binasının smeta sənədlərinin hazırlanmasına 72 000 lari xərcləyib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google