Gecə saat 01:00 radələrində xüsusi təyinatlılar Tbilisinin
Rustaveli prospektində Rusiya qanunlarına zidd aksiya
iştirakçılarına qarşı fiziki güc tətbiq ediblər.
Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı İdarəsinin əməkdaşları
vətəndaşları xiyabanlarda təqib edərək tənha insanları
döyüblər.
Hazırda mövcud olan məlumata görə, Daxili İşlər Nazirliyinin
əməkdaşları 3 jurnalistə qarşı zorakılıq törədiblər. Onların
arasında “Tabula”, “Aprel Media” və “Public” qəzetlərinin
jurnalistləri də
var.
Kadrlarda xüsusi təyinatlıların mitinq iştirakçılarını necə təqib
etdiyi və onlara fiziki təzyiq göstərdiyi görünür.
Nə baş verir
Hakim partiya vədini pozdu və rus qanununun Parlamentdən geri
çəkdirkdən bir il sonra qanun layihəsi yenidən geri qaytarılır.
Aprelin 3-də “Gürcü Arzusu” tərəfindən qeydə alınan “Xarici təsirin
şəffaflığı haqqında” qanun layihəsində ötən il “Xalqın gücü”nün
təşəbbüsü ilə parlament çoxluğunun 76 deputatının dəstəklədiyi
qanundan fərqli olaraq, “xarici təsir agenti” ifadəsi əvəzinə
“xarici gücün maraqlarının daşıyıcısı” termini yazılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.