“İdman sənin işin deyil” – Stereotiplərə qalib gəlmiş Nərmin Bayramova boks üzrə Avropa çempionatına hazırlaşır
16 yaşlı Nərmin Bayramova 2024-cü ilin 17-21 aprel tarixlərində Kutaisi şəhərində baş tutan boks üzrə turnirdə əldə etdiyi uğurdan sonra Avropa çempionatına hazırlaşır.

Nərmin idman bacarığının olduğunu 11 yaşında aşkar edib. Valideynləri onu dəstəkləyib və qız müxtəlif idman dərnəklərinə getməyə başlayıb. Boks çempionatlarında illər ərzində çoxsaylı uğurlar əldə edib. Nərminin indi daha böyük məqsədi var. O, Avropa çempionatına hazırlaşır.

Nərmin idmanın şəxsi inkişafda oyandığı roldan danışır: “İdman mənim həyatımın ayrılmaz hissəsidir, öz gələcəyimi bu sahədə görürəm və 18 yaşım olanda artıq idman müəllimliyinə başlayacağam. Müəllimlik vasitəsi ilə başqa qızların da idman sahəsinə marağını artıra biləcəyəm”.

Nərminin kəndində idmanla az adam məşğul olur. Bunun səbəblərindən biri idman üçün təchizatın olmamasıdır. Nərmin məşq etmək üçün həftədə 4 dəfə Marneuliyə gəlir. Çox istəyir ki, öz icmalarında digər qızlara da belə şərait yaradılsın.

Nərmin bildirir ki, valideynləri həmişə onu dəstəkləyirlər. Gürcüstan miqyasında çempion olanda valideynləri ona azarkeşlik ediblər və indi Nərminin daha böyük uğurlar qazanacağına inanırlar.

“Valideynlərim həmişə idman sahəsində inkişafımı dəstəkləyirlər, ancaq qonşu və qohumlar tərəfindən maneələr olub. Həmişə mənə deyirdilər ki, sən qızsan, idman sənin işin deyil. Əlbəttə, bu kimi yanaşmalar mənim üçün əhəmiyyətli deyil. Çünki idmanı çox sevirəm və öz gələcəyimi də bu sahədə görürəm”, – Nərmin Bayramova bildirir.
Nərmin düşünür ki, erkən evlilik qızlar üçün ən böyük problemdir. Onlar öz bacarıqlarını inkişaf etdirə bilmirlər.

O, düşünür ki, təhsil insanın fərdi inkişafında çox önəmli komponentdir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google