Gürcüstanın Daxili İşlər Nazirliyi mayın 9-da keçirdiyi
brifinqdə bildirib ki, rus qanunlarına qarşı etiraz aksiyasının
iştirakçıları və təşkilatçıları, agentliyin məlumatına görə, Daxili
İşlər Nazirliyində aparılan istintaqla əlaqəli dindirilməyə
çağırıla bilərlər.
“Vətəndaş Cəmiyyəti Fondu”nun hüquqşünası Saba Braçveli polisə
dindirilməyə çağırıldığınız halda necə davranmağınız barədə
tövsiyələr dərc edib:
- Polis şöbəsində müsahibə verməkdən imtina edirsiniz;
- Siz yalnız hakim qarşısında məlumat verməyə razılaşırsınız və
müvafiq orderi gözləyirsiniz;
- Əgər sizə order göndərilibsə, siz məhkəməyə vəkillə birlikdə
getməlisiniz.
- Onların sizi küçədə saxlamağa və şöbəyə getməyə məcbur etməyə
haqqı yoxdur;
- Onların evinizi döyüb içəri girməyi tələb etməyə haqqı
yoxdur;
Sorğuda iştirak etməkdən imtina etsəniz, sizi “nəticələr”lə
hədələmək hüquqları yoxdur.
Hüquqi yardım qaynar xəttinin nömrəsi — 577070563;
Xalq müdafiəçisinin qaynar xəttinin nömrəsi —
1481;
“Bir daha xatırladırıq ki, onların məqsədi bizi
qorxutmaqdır. Biz onların bütün hiylələri ilə sakit və cəsarətlə
üzləşməli və onlardan daha çox olduğumuzu göstərmək üçün 11-də daha
da çox insan getməliyik. Bizi parçalaya bilməzlər. Güc
birlikdədir", - deyə Saba Braçveli bildirib.
Bu gün, mayın 9-da Gürcüstan Daxili İşlər Nazirliyində brifinq
keçirilib. Agentlik mayın 8-də ötən gecə baş verən, naməlum
şəxslərin mitinq iştirakçılarına və siyasətçilərə, eləcə də onların
ailə üzvlərinə hücum edərək onlara fiziki təzyiq göstərməsi ilə
bağlı heç bir açıqlama verməyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.