Temur Abazov Algeti kəndində 9 aprel və 20 yanvar memorialına əklil qoyub
Bu gün 9 apreldir. Bu gün Gürcüstan tarixində iki vacib hadisəni birləşdirir – 1989-cu ilin faciəsini və 1991-ci ildə müstəqilliyin bərpasını. ”Marneuli” radiosu maraqlandı ki, əhali 9 aprelin əhəmiyyətini bilirmi və küçədə sorğu apardıq. Sorğuda iştirak edənlərin əksəriyyəti bu günün əhəmiyyəti haqqında bilmir, bəziləri isə pasxa bayramı olduğunu qeyd edir.

Bu günlə bağlı Marneuli meriya nümayəndələri və majoritar deputatlar bələdiyyədə olan 9 aprel memorialına əklil qoydular. Marneulinin meri Temur Abazovun sözlərinə görə, bugünkü gün bizim ölkə üçün özünü qurban verməyin nümunusədir.

"Bugünkü gün bizim ölkə üçün özünü qurban verməyin nümunusədir və o, qəhrəmanlar olmasa bizim ölkənin bu gün başqa tarixi olardı" - Temur Abazov bildirdi.

Tamarisi, Sereteli və Algeti kəndindəki 9 aprel memoriallarını merlə bərabər majoritar deputatlar da ziyarət etdi. Parlamentari Tamaz Naverianinin sözlərinə görə 9 aprel Gürcüstanın yaxın tarixində keçid məqamı idi.

"9 aprel bizim ölkəmiz üçün keçid məqamıdır. Bizim müstəqilliyimiz və bizim ölkənin inkişafı və azadlığı üçün tarixi məqamdır" - Tamaz Naveriani bildirdi.

Qeyd etmək lazımdır ki, Sereteli və Tamarisi kəndlərindən fərqli olaraq Algeti kəndində 9 aprel və 20 yanvar memorialı birgədir. Sovet Şurası ordusu Bakıda dinc aksiyanı 20 yanvarda dağıdıb, nəticədə 130 nəfər həlak olub. Bu günü qara şənbə və ya qətl günü kimi də yad edirlər.

9 aprel tarixində, saat 11-də Tbilisidə komendant saatl elan olunur. Bu haqda əhali saat 22:15-də məlumat alır. Şəhərin hərbi komendantı olaraq Sovet Şurası ordusunun generalı İqor Rodionov təyin olunur. Məhz 9 aprelin cəzalandırma əməliyyatının rəhbəri o, idi.

9 aprel tarixində, səhər yaxın rus ordusu Rustaveli prospektində toplanmış sakit nümayişi dağırmağa başladı. Aksiyanı dağıdan zaman Sovet Şurası ordusu zəhərli kimyəvi vasitələrdən, odlu silahdan, zirehlilərdən və tanklardan istifadə etdi. Həmin gecənin hadisələrində 20 nəfər qurban oldu. Bir vətəndaş isə komendant saatı zamanı rus əsgərləri tərəfindən öldürüldü.

Həmin gün yüzlərlər şəxs şikəst oldu, nümayişçilərin böyük hissəsi zəhərləndi. Zərər çəkənlərin və əhalinin sağlamlığına hansı zərər dəydiyinin dəqiq sayı məlum deyil.

"Marneuli" Radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google