Yalnız bir marşrut kompaniyası Marneulidən Tbilisiyə gündəlik 500-ə qədər sərnişin daşıyır
Artıq on səkkizinci ildir ki, MMC "Trans 2009" Marneulidə fəaliyyət göstərir. Sərnişinləri hər gün Marneulidən Tbilisiyə aparan ilk marşrut taksidir. Konkret olaraq isə dayanacaqlar meydanına kimi aparırlar. Dispetçer Levan Xaraişvilinin dediyinə görə, hər gün onlar Tbilisiyə 400-450 nəfər sərnişin daşıyırlar. Həftənin günlərindən isə bazar ertəsi günü sərnişinlərin sayı daha çox olur və təqribən 500 sərnişin olduğunu qeyd edirlər. Onun sözlərinə görə, əsasən nəqliyyatdan tələbələr istifadə edirlər.

“Təqribən 2000-ci ildən bu şirkət çalşır. Şirkət həminkidir sadəcə dövri olaraq nəqliyyat dəyişir. Ən yaxşı gün bazar ertəsidir” – Levan Xaraişvili bildirdi.

Qeyd olunan nəqliyyat vasitəsinin dəyəri 2 laridir. Bundan əlavə Marneuli şəhərində başqa nəqliyyat vasitələri də var, məsələn, sərnişinləri Marneulidən Tbilisiyə və əksinə, aparıb gətirən minivenlər. Birtərəfli  yolun dəyəri 2.50 laridir. Eləcə də Marneulidən İsani-Samqori istiqamətində marşrut taksiləri çalışır və onun dəyəri də 2 laridir.

"Marneuli" Radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google