"Hansısa dava günüdür və ya qələbə günü, bilmirəm" - 9 aprel tarixinin əhəmiyyəti haqqında sorğu
Bu gün 9 apreldir. Bu gün Gürcüstan tarixində iki vacib hadisəni birləşdirir – 1989-cu ilin faciəsini və 1991-ci ildə müstəqilliyin bərpasını. ”Marneuli” radiosu maraqlandı ki, əhali 9 aprelin əhəmiyyətini bilirmi və küçədə sorğu apardıq. Sorğuda iştirak edənlərin əksəriyyəti bu günün əhəmiyyəti haqqında bilmir, bəziləri isə pasxa bayramı olduğunu qeyd edir.

Burdan audio səsə burdan qulaq asa bilərsiz.

9 aprel tarixində, saat 11-də Tbilisidə komendant saatl elan olunur. Bu haqda əhali saat 22:15-də məlumat alır. Şəhərin hərbi komendantı olaraq Sovet Şurası ordusunun generalı İqor Rodionov təyin olunur. Məhz 9 aprelin cəzalandırma əməliyyatının rəhbəri o, idi.

9 aprel tarixində, səhər yaxın rus ordusu Rustaveli prospektində toplanmış sakit nümayişi dağırmağa başladı. Aksiyanı dağıdan zaman Sovet Şurası ordusu zəhərli kimyəvi vasitələrdən, odlu silahdan, zirehlilərdən və tanklardan istifadə etdi. Həmin gecənin hadisələrində 20 nəfər qurban oldu. Bir vətəndaş isə komendant saatı zamanı rus əsgərləri tərəfindən öldürüldü.

Həmin gün yüzlərlər şəxs şikəst oldu, nümayişçilərin böyük hissəsi zəhərləndi. Zərər çəkənlərin və əhalinin sağlamlığına hansı zərər dəydiyinin dəqiq sayı məlum deyil.

"Marneuli" Radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google