Marneulidə, Qamsaxurdiya küçəsində sürətli ödəmə aparatını qarət ediblər

Bu gün, 10 aprel tarixində Marneulidə, Qamsaxurdiya küçəsində “PAY BOX”-un aparatını sındırıblar.

Qurğu mağazalardan birinin yanında durur. Həmin mağazanın sahibi deyir ki, səhər gələndə görüb ki, aparat sındırılıb və başqa heç bir məlumatı yoxdur.

Sürətli ödəmə aparatı mağazanın sahibinə məxsus deyil. Onun dediyinə görə, bu aparatın sahibi Rustavilidir.

Aparatdan nə qədər məbləğ çıxarılıb bu hələ ki, məlum deyil.

Məlum olduğu kimi ətrafda yerləşən heç bir obyektdə müşahidə kameraları yerləşdirilməyib.

Hadisə yerində patrul polisi mobilləşdirilib. Onlar ərazini sarı lentlə dairəyə alıblar.

Daxili İşlər Nazirliyindən "Marneuli" Radiosuna bildirirlər ki, istintaq CM-nin 117-ci maddəsi ilə gedir. Maddə oğurluğu nəzərəd tutur.

"Marneuli" Radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google