Keçmiş hərbi şəhərciyin sakinlərinə davam edən tikintilərini dayandırmaq üçün 15 gün vaxt verilib
Təxminən bir həftə bundan əvvəl Marneulinin hərbi şəhərcik adlanan ərazisinin sakinlərinə meriyadan məlumat verilib ki, yaşayış evində sonradan tikilmiş sahənin qanuniləşdirilməsi üçün 15 gün müddətləri var. Əks halda cərimə ödəməli olacaqlar. Bu isə əhalidə narazılığa səbəb olub.

Merin birinci müavini Laşa Lobjanidze qeyd olunan məlumatın əhali tərəfindın düzgün başa düşülmədiyini bildirir. Onun dediyinə görə nəzarət xidməti qanunsuz tikililər aşkarlayıb və tikinti prosesi gedirmiş, əhaliyə isə qanuniləşdirmək baxımından deyil tikintini dayandırmaq üçün 15 gün müddət verilib.

"Qanunvericiliklə nəzərdə tutulmuş qaydalar pozulub. Nəzarət xidməti də uyğun reaksiyanı göstərdi. Sizin qeyd etdiyiniz 4 günlük müddət düzgün deyil. 15 günlük müddət olur və dayandırma müddətidir. Burada söhbət inidyə kimi tikilənlərdən gedir. Həmin müddətdə tikinti dayandırılmalıdır. Nəzarət xidməti aşkarladığı hallara reaksiya bildirdi" -deyə Laşa Lobjanidze bildirdi .

Sahəyə gəldikdə isə əhali tikintini 2007-ci ilə qədər yaşayış evinə əlavə edib. Bu qanunsuzdur amma qanun nəzərdə tutur ki, 2007-ci ilə qədər olan arxitektura xidmətində müvafiq layihəsi və konkret nəticəsi mövcud olan qanunsuz tikililər bu halda qanuniləşdirilsin.

Print ელ. ფოსტა
FaceBook Twitter Google