"Gürcü Arzusu"nun Marneuli təşkilatının sədri parlamentari Tamaz Naveriani olub
Bu gün, 11 aprel tarixində Marneulidə "Gürcü Arsusu - demokratik Gürcüstan" partiyası Marneuli təşkilatının qurultayını keçirdi. Görüş media üçün bağlı idi və orada Kvemo Kartli qubernatoru, Marneulinin majoritar deputatları, Marneulinin meri və bələdiyyə sədri, bələdiyyə məclisi deputatları, meriya əməkdaşları və başqa partiya aktivistləri iştitak edirdilər.

Qurultayda Marneuli təşkilatının sədri olaraq parlamentari Tamaz Naveriani seçildi.

“Mərkəzi hakimiyyətə etibarı üçün təşəkkür edirəm. Biz Marneulidə partiyanın imkişafı üçün hər şey edəcəyik” – deyə bildirdi Tamaz Naveriani.

Tamaz Naveriani eləcə də qeyd edir ki, onun seçilməsi yekdilliklə mərkəzi partiyanın qərarı ilə olub.

“Qərar yekdilliklə verildi. Büroda oturduq müzakirə etdik və mənim namizədliyimi dəstəklədilər. Mən də razılaşdım” – deyə bildirdi Tamaz Naveriani.

Tamaz Naverianinin seçilməsinə qədər Marneuli "Gürcü arzusu" təşkilatına bələdiyyə sədri Amiran Qiorqadze rəhbərlik edirdi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google