"Kvemo Kartlidə yerli özünüidarəetmənin həyata keçirilməsi haqqında məlumatlandırma ən aşağı səviyyədədir"- Keso Esebua
Bu gün, 11 aprel tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində "İctimai xidmətlərdən Gürcüstan əhalisinin razılığı səviyyəsində tədqiqatın" nəticələrinin təqdimatı keçirildi. İctimai xidmətlərə qarşı əhalinin yanaşmasının tədqiqatı BMT-nin İnkişaf proqramına əsasən 2017-ci ildə üçüncü dəfə həyata keçiriblər. BMT-nin inkişaf proqramı layihəsinin koordinatoru Maia Bibileişvili tədqiqat haqqında danışır.

"Bu görüşdə yerli və mərkəzi hakimiyyətin xidmətlərindən əhalinin razılığı və narazılığına dair tədqiqatların nəticəsi müzakirə edilir. Bu tədqiqat 2013-2015-ci illərdə keçirildi" -deyə bildirdi Maia Bibileişvili.

İctimai xidmətə qarşı əhalinin yanaşması tədqiqatının üç raundunda da gürcü analiz və konsultasiya qrupu "Eisiti" aparıb. Layihənin meneceri Keso Esebua tədqiqatın əsas aksentləri haqqında danışır.

"Əsasən sakilərə əlçatan xidmətlər haqqında danışırıq. Nə dərəcədə razıdırlar və narazılıqları nədir. Birdə yerli hakimiyyətdə proseslərə nə dərəcədə qoşulduqlarını və narazılıqları olan mövzuları müzakirə edirik" – deyə bildirdi Keso Esebua.

Keso Esebua bizimlə söhbət zamanı dedi ki, tədqiqatın nəticələrinə əsasən Kvemo Kartlidə problem mülki aktivizimlə bağlıdır.

"Kvemo Kartlidə xidmətlərlər bağlı narazılıqlar da çoxdu ancaq problem yenə də vətəndaş aktiviliyi ilə bağlıdır. Eləcə də yerli özünüidarəetmənin həyata keçirilməsi formaları baxımından vətəndaşlar məlumatsızdırlar" – deyə bildirdi Keso Esebua.

"Eisiti" layihəsinin meneceri eləcə də deyir ki, Kvemo Kartlidə məlumatsızlığın ən aşağı səviyyəsindən söhbət gedir. "İctimai xidmətlərdən Gürcüstan əhalisinin razılığı səviyyəsində tədqiqat" 18 yaşdan yuxarı yaşda olan 3400 vətəndaşın sorğusuna və foks diskusiyyanın nəticələrinə əsaslanır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google