Təsərrüfatçı biznesini Qırıxlı kənd stadionunun hesabına genişləndirmək istəyir
Xəlilov Farizin 69 yaşı var. O, Marneuli rayonun Qırxılı kəndində yaşayır. Onun sözlərinə görə onların kəndində 100 hektara yaxın ərazidə türkiyə vətəndaşı tərəfindən qoz bağları salınıb. Onu bu narahat etmir. Onu narahat edən həmin qoz bağlarının yaxınlığıda yerləşən idman meydançasının qoz bağlarının sahibi tərəfindən sökülməsidi. Bir neçə gün bundan öncə həmin ərazinin hasara alınan setkaları qoz bağlarının işçiləri tərəfindən sökülməyə başlamışdır. Bu isə kənd sakinlər tərəfindən etirazla qarşılaşanmışdır. Sonra isə yenidən sökülən setkalar kənd sakinləri tərəfindən yerinə bağlanılmışdır. Farizin sözlərinə görə onların tələbi ondan ibarətdir ki, onlara məxsus olan stadion sökülməsin, sökülürsə yenisini tiksinlər.

Sakinlərin sözlərinə görə ötən gün həmin türk kəndə gələrək sakinlərlə görüşüb və kənd sakinləri söz verib ki, idman meydançalarını bağın ərazisindən kənara çıxardaraq, yenisini tikəcək.

Kənd sakinləri onuda bildirdilər ki, əğər yenisi tikilməsə həmin meydançanın sökülməsinə icazə verməyəcəklər.

Həmin torpaq sahəsinin kimə məxsus olduğunu kənd sakinləridə bilmir. Bu torpaq sahəsi bələdiyyənin balansınamı daxildi yoxsa fərdi sahibkaramı. Əgər bələdiyyənin ərazisidisə meydança bu ərazidən niyə çıxardılır və yaxud hər hansı sahibkara aidisə həmin stadion niyə orada tikilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google