NDİ və Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin birgə təşkilatçılığı ilə “Avropaya İnteqrasiya və vizaliberalizasiya” mövzusunda ictimai görüş keçiriləcək
İctimai görüş: Avropaya inteqrasiya və vizaliberalizasiya
Marneuli – 13 aprel, saat 16:00-da Marneuli Mülki Məşğulluq Mərkəzində (ünvan: Qiorqadze küç. 1) Milli-Demokratik İnstitut (NDI) və Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin birgə təşkilatçılığı ilə “Avropaya İnteqrasiya və vizaliberalizasiya” mövzusunda ictimai görüş keçiriləcək.

Görüşdə Avropaya inteqrasiya komitəsinin sədri xanım Tamar Xulordava Avropaya inteqrasiyanın iqtisadi və siyasi faydalarından, Avropa İttifaqı ilə dərin əməkdaşlığın perspektivlərindən, ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərdən söhbət açacaq.

Tədbirdə vətəndaşlardan əlavə, yerli qeyri hökumət təşkilatı, mətbuat və yerli hakimiyyət nümayəndələri iştirak edəcəklər. Görüşdə iştirak edən ictimaiyyətin sual vermək və Avropaya İnteqrasiya Komitəsinin nümayəndələri ilə müzakirədə iştirak etmək imkanı olacaq.

Qeyd olunan tədbir Milli Demokratik İnstitutun (NDI) dəstəyi və Böyük Britaniya Hakimiyyətinin, UK aid-in maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google