Parlamentin Avropaya İnteqrasiya Komissiyasının sədri Marneulidə görüş keçirib
Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Tamar Xulordava bu gün, 13 aprel tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində görüş keçirdi. Görüşdə Marneuli meriyasının nümayəndələri və başqa maraqlanan şəxslər iştirak edirdilər. NDİ-ın parlament proqramının meneceri Teona Qupunia görüşün əsas məqsədlərindən danışır.

"Bu çox vacib prosesdir. Əhaliyə bu gün Gürcüstanın Avropaya inteqrasiya prosesində qarşılaşdığı işlər, problemlər, maneələr və uğurlar haqda məlumat verilir"
- dyə bildirdi Teona Qupunia.

Görüş Avropa gününə həsr olunmuş məlumat kampaniyası çərçivəsində keçirilib. Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri və görüş iştirakçıları avro inteqradiyanın iqtisadi və siyasi səmərəsi, Avropa İttifaqı ilə daha dərin əməkdaşlığın perspektivi və ölkənin təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə etdilər. Parlamentari Tamar Xulordavanın sözlərinə görə o, bu gün Marneuili əhalisi ilə ilk dəfə görüşüb.

"Biz bugünkü görüşdə çox məsələlərə toxunduq. Çox sevindim ki, iştirakçılar tərəfindən təhsil, ətraf mühit, istiqamətində maraq var idi. Bu həqiqətən də göstərir ki, əhalidə birbaşa ünsiyyətə qoşulmağa dair daha çox istək var. Biz öz tərəfimizdən bu tələbi qane etməliyik", - deyə bildirdi Tamar Xulordava.

Görüşdə eləcə də Marneulinin majoritar deputatı Ruslan Hacıyev də iştirak edirdi. Ancaq görüşün başlanğıcında Tamar Xulordava qeyd etdi ki, Tamar Naveriani üzrlü səbəbə görə onlarla görüşdə iştirak edə bilməyib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google