Bu gün, 13 aprel tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində
Azərbaycan Respublikasının "Əlillərin beynəlxalq əməkdaşlığı üçün"
ittifaqının Gürcüstan filialı görüş keçirdi.
Görüşdə iştirak etmək üçün Marneulinin müxtəlif kəndlərindən məhdud
fiziki imkanlı statusu olan şəxslər və ya ailə üzvləri
gəlmişdilər.
Ancaq məlum oldu ki, təşkilat iştirakçıları problemi müzakirə etmək
üçün dəvət etməyib ingilis dərsi keçmək üçün dəvət edib. Görüşə
gələnlər tərəfindən narazılıq və etiraz yarandı. Görüş
pozuldu və ingilis dərsi baş tutmadı.
Qaçağan sakini 80 yaşlı İsmixan Əmircanov 50 yaşlı qızı ilə birgə
sağlamlıq, iqtisadi çətinlik və digər problemlərə baxmayaraq
kənddən görüşə gəlib. Qızı serebral iflicdən əziyyət çəkir.
“Moskva şəhərinə apardıq. Orada həkimlər yığıldı.
Dövlətə verilməlidir, dövlət özü qərar verəcək. Bizə nə qədər
dedilər biz vermədik. Onlar bildirdilər ki, Krımda Yevpotoriya var.
Müalicəxana bu xəstələr üçün oraya apardıq. 10, 15 ildə onun buna
tək xeyiri o oldu ki, yataq xəstəsi olmadı. Biz hərəmiz bir
tərəfindən tutaraq kömək edirik, ayaq yolu problemi və qalxıb
oturanda anası ilə mən çəkirəm əziyyətini, çox
çətindir” - deyə bildirdi İsmixan Əmircanov.
İsimxan danışır ki, qızının köhnə pasportunun müddəti keçdiyinə
görə artıq iki ildir ki, hər altı aydan bir ona Ədliyyə evindən
yeni pasport almalı olurlar. Hər altı aydan bir onlar kənddən
Marneuliyə gəlməli, biznesin, rəsmi pasportun dəyərini ödəməli
olurlar. Onların ailə gəliri isə həyat yoldaşının təqaüdü və 180
larilik sosial yardımdır. Ədliyyə Evindən isə deyirlər ki, əlil
şəxslər üçün daimi pasportu yalnız məhkəmə yolu ilə əldə edə
bilərlər.
“İndi bunların qanununa görə bu uşaq 6 aydan bir qol
çəkməlidir. Amma çəkə bilmir 1-ci qrup əlildir. Gərək biz məhkəməyə
gedək, məhkəmə isə Bolnisidədir. Marneulidə deyil. Bu bizim üçün
çətindir, ora 2, 3 dəfə getmək lazımdır. Təqaüdlə dolanırıq.
Gedə bilmirik, yaşlı adamlarıq, xəstəyik hər ay iynə,
dərman alırıq dolana bilmirik. Məhkəməyə getməliyik və komisiy
gələsidir, məhkəmə yoxlamalıdır və onlar yoxlamalıdır qərar
çıxarmalıdır ki, qızın atası və ya anası qızın əvəzinə qol çəkə
bilər. Problem budur” - deyə bildirdi İsmixan
Əmircanov.
Əmircanov deyir ki, kömək üçün heç vaxt heç kimə müraciət etməyib.
Kənddən Marneuliyə gəlmək maddi xərclərə bağldır. Hər aylıq gəlir
isə bahalı dərmanlara gedir və buna pasportun xərci də əlavə
olunur. O, maraqlanır ki, belə hallarda kömək göstərəcək dövlət
sistemi var ya yox.
"İnsan hüquqları üçün əməkdaşlıq" təşkilatının nümayəndəsinin
dediyinə görə, Əmircanovlar ailəsinə Marneulidə pulsuz hüquqi
yardım xidməti məhkəməyə sənədlərin hazırlanması üçün kömək edəcək
ki, İsmixanın qızına dəstəkçi şəxs təyin etsinlər və beləcə onun
köməyi ilə başqa dövlət orqanları və özəl subyektlərlər əlaqə
qurmaq mümkün olacaq. Amma İsmixanın dediyinə görə, onun məhkəmədə
dava açmaq üçün maddi imkanı yoxdur.