Marneuli
Səhiyyə və Sosial Təminat Şöbəsi rəhbərinin sözlərinə görə, Məmmədov təcrübənin nəzərdə tutmadığı müayinələr üçün nəğd pul almaq istəyir
Bu gün, 16 aprel tarixində Marneuli şəhər merinin ənənəvi qəbul günü idi. Qəbul otağında Marneuli şəhərindən və kəndlərdən müxtəlif şikayətlərlə gələn insanlar oturaraq qəbul növbələrini gözləyirdilər. Növbə gözləyənlərdən biri də 67 yaşlı Candar kənd sakini Məmmədov Həsənxan idi. Onun bildirdiyinə görə, diabet xəstəliyindən əziyyət cəkir.

O, iddia edir ki, ona edilən sosial yardımdan 200 lari qalıb və merin yardımın ona verilməsi barədə göstəriş verməsinə baxmayaraq o, hələ də yardımdan qalan qalıq pulu ala bilmir. Buna görə də o, bu gün şikayət üçün merin qəbuluna yenidən yazılıb.

Marneuli meriyasının Səhiyyə və Sosial təminat şöbəsinin rəhbəri Davit Aroşidzenin dediyinə görə, meriya artıq Həsənxan Məmmədova yardım göstərib. Davit Aroşidze eləcə də qeyd edir ki, Həsənxan Məmmədov hər gün onların iş yerinə gedir və artıq ona izah ediblər ki, heç cür kömək edə bilməzlər. Amma yenidən meriyadan kömək istəməyə davam edir.

“Həmin şəxsə keçən il yardım göstərdik. İndi müayinələr üçün yardım istəyir. Bu məbləğidə o, nəğd istəyir təcrübədə isə belə şey yoxdur. Keçən il sosial xalına görə məbləğlə birdəfəlik kömək etdik. Bu il büdcə imkan vermir və edə bilmirik” - deyə bildirdi Davit Aroşidze.

"Marneuli bələdiyyəsinin yerli büdcəsindən sosial yardımın verilməsi qaydası"na uyğun olaraq Marneuli bələdiyyəsinin ərazisində qeydiyyatdan keçmiş 0-dan 120 000-ə qədər sosial reytinq balı ilə qiymətləndirilmiş benefisiara və ya Marneuli bələdiyyəsində qeydiyyatdan keçmiş məcburi köçkün olan şəxsə - qaçqına, təqvim ili ərzində bir dəfə təqdim olunan məbləğin dəyərinin 80% ilə medikamentlərlə yardım göstərmək, 400 laridən artıq olmadan dəyərdə və ya 100 lari dəyərində medikamentlərin əldə olunması məqsədilə tələb olunan məbləğin 100% ilə yardım göstəriləcək.

Eləcə də, Marneuli Bələdiyyəsinin ərazisində qeydiyyatdan keçmiş 0-dan 120 000-ə qədər sosial reytinq balı ilə benefisiara, təqvim ili ərzində birdəfəlik, müayinə və ya müayinənin maliyyələşdirilməsi məqsədilə təqdim olunmuş məbləğ dəyərinin 80% ilə 200 laridən artıq olmayan məbləğdə yardım göstəriləcək.

| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
მსგავსი სტატიები არ მოიძებნა
პოპულარული სიახლეები
ჩვენ ფეისბუქზე :)
პოპულარული ფიქსირებული დღეებით