Marneuli
NATO günləri çərçivəsində baş nazirinin müavini Marneuli meriyasında görüş keçirəcək
NATO günləri çərçivəsində bu gün, 17 aprel tarixində Gürcüstanın baş nazirinin müavini, Xarici İşlər Naziri Mixeil Canelidze Marneuli meriyasında Kvemo Kartli özünüidarəetmə nümayəndələri və başqa maraqlanan şəxslərlə görüş keçirib. Görüşdə əsasən Gürcüstanın Avroatlantik məkana inteqrasiyasının gedişatına və tərəqqiyə diqqət çəkilib. Xarici İşlər Nazirliyinin məlumat məktubunda yazıldığına görə, bu il NATO günləri əsasən Gürcüstanın bölgələrində qeyd olunacaq və əhalinin məlumatlanması üçün bir çox tədbir həyata keçiriblər.

Biz Marneuli küçələrində sorğu keçirdik və əhalinin NATO haqqında, NATO-nun bizim üçün niyə vacib olması haqqında fikirləri ilə maraqlandıq.

Qeyd edək ki, Gürcüstanın Baş Naziri Qiorqi Kvirikaşvili 2018-ci ili dialoq ili elan edib və hakimiyyət nümayəndələrini xalqla, xüsusilə də bölgələrdə yaşayan əhali ilə dialoqa çağırıb.

NATO günləri 11-ci dəfə qeyd olunur və 16 apreldən 1 may tarixinə qədər davam edir. Gürcüstanda tədbirlər “NATO və Avropa İttifaqı Haqqında Məlumat Mərkəzi”-nin təşkilatçılığı ilə, Xarici İşlər Nazirliyi, NATO-nun Gürcüstandakı əlaqələndirici ofisi və Bolqarıstanın Gürcüstandakı səfirliyinin (NATO ilə əlaqə üçün səfirlik) dəstəyi ilə həyata keçirilir.

| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
Ağməmmədli kəndində sərt döngələrdə
trampilinlər yoxdur. Sakinlərin bildirdiyinə görə, həmin döngədə
tez-tez yol nəqliyyat hadisələri baş verir.
21:37 / 14.12.2018
Ağməmmədli kəndində sərt döngələrdə trampilinlər yoxdur. Sakinlərin bildirdiyinə görə, həmin döngədə tez-tez yol nəqliyyat hadisələri baş verir.
Marneuli uşaq bağçaları birliyi uşaq bağçası
yetirmələrinə yeni ildə simvolik hədiyyələr
verəcək.
17:00 / 14.12.2018

Marneuli uşaq bağçaları birliyi uşaq bağçası yetirmələrinə yeni ildə simvolik hədiyyələr verəcək.

“Ayrı-seçkilik və nifrət dilinə yox” – bu
mövzuda 14 dekabrda Marneulidə Avropa Şurasının nümayəndəliyinin
təşəbbüsü və Xalq Müdafiəçisinin Kvemo Kartli ofisinin
təşkilatçılığı ilə görüş keçirilib.
16:52 / 14.12.2018

“Ayrı-seçkilik və nifrət dilinə yox” – bu mövzuda 14 dekabrda Marneulidə Avropa Şurasının nümayəndəliyinin təşəbbüsü və Xalq Müdafiəçisinin Kvemo Kartli ofisinin təşkilatçılığı ilə görüş keçirilib.

Marneuli bələdiyyəsinin 2019-cu ilin
büdcəsinin müzakirəsi təxirə salınıb.
16:09 / 14.12.2018

Marneuli bələdiyyəsinin 2019-cu ilin büdcəsinin müzakirəsi təxirə salınıb.

Marneuli bələdiyyəsinin Ağməmmədli kəndində
yol nəqliyyat hadisəsi baş verib.
14:21 / 14.12.2018
Marneuli bələdiyyəsinin Ağməmmədli kəndində yol nəqliyyat hadisəsi baş verib.
23:03 / 13.12.2018
"Mən çirkin təxribatın qurbanıyam. Çünki şahidlərdən biri bildirib ki, o, ailəni söyməklə və təhqir etməklə Milli Hərəkata keçmək istəyirmiş. Bu adam real olaraq "Gürcü Arzusunun" nümayəndəsi idi
12 dekabr
tarixində, Kirəç Muğanlı kəndində baş vermiş yol qəzası nəticəsində
elektrik dirəyinə ziyan dəyib.
15:35 / 13.12.2018
12 dekabr tarixində, Kirəç Muğanlı kəndində baş vermiş yol qəzası nəticəsində elektrik dirəyinə ziyan dəyib.
Marneuli
küçələrinin bəzədilməsinə hələ də başlanılmayıb. Meriyanın
həyətində monta olunmuş keçən ilki işıqlandırmanı hesab
etməsək.
17:18 / 12.12.2018
Marneuli küçələrinin bəzədilməsinə hələ də başlanılmayıb. Meriyanın həyətində monta olunmuş keçən ilki işıqlandırmanı hesab etməsək.
ვიდეო სიახლეები