NATO günləri çərçivəsində bu gün, 17 aprel tarixində Gürcüstanın
baş nazirinin müavini,
Xarici İşlər Naziri Mixeil Canelidze Marneuli meriyasında Kvemo
Kartli özünüidarəetmə nümayəndələri və başqa maraqlanan şəxslərlə
görüş keçirib. Görüşdə əsasən Gürcüstanın Avroatlantik məkana
inteqrasiyasının gedişatına və tərəqqiyə diqqət çəkilib. Xarici
İşlər Nazirliyinin məlumat məktubunda yazıldığına görə, bu il NATO
günləri əsasən Gürcüstanın bölgələrində qeyd olunacaq və əhalinin
məlumatlanması üçün bir çox tədbir həyata keçiriblər.
Biz Marneuli küçələrində sorğu keçirdik və əhalinin NATO haqqında,
NATO-nun bizim üçün niyə vacib olması haqqında fikirləri ilə
maraqlandıq.
Qeyd edək ki, Gürcüstanın Baş Naziri Qiorqi Kvirikaşvili 2018-ci
ili dialoq ili elan edib və hakimiyyət nümayəndələrini xalqla,
xüsusilə də bölgələrdə yaşayan əhali ilə dialoqa çağırıb.
NATO günləri 11-ci dəfə qeyd olunur və 16 apreldən 1 may tarixinə
qədər davam edir. Gürcüstanda tədbirlər “NATO və Avropa İttifaqı
Haqqında Məlumat Mərkəzi”-nin təşkilatçılığı ilə, Xarici İşlər
Nazirliyi, NATO-nun Gürcüstandakı əlaqələndirici ofisi və
Bolqarıstanın Gürcüstandakı səfirliyinin (NATO ilə əlaqə üçün
səfirlik) dəstəyi ilə həyata keçirilir.