Mixeil Canelidze NATO günləri çərçivəsində Marneuli meriyasında görüş keçirdi
Bu gün, 17 aprel tarixində Marneuli meriyasında NATO günləri çərçivəsində Gürcüstanın baş Nazir müavini Mixeil Canelidze görüş keçirdi. Görüşdə o, Gürcüstan və NATO qarşılıqlı əməkdaşlığının nə dərəcədə vacib olduğu haqda danışdı. O, hesab edir ki, bugünkü görüş bir daha Gürcüstanın NATO və Avropa Birliyinə üzv olmasını dəstəkləyən cəmiyyətin məlumatlandırılması üçün atılan addım idi.

"Biz dünən Gürcüstanda rəsmi olaraq NATO -nun 2018-ci il günlərinin açılışını qeyd etdik. Artıq 11 ildir ki, davamlı şəkildə NATO günləri Gürcüstanda keçirilir. Məqsəd isə əhalinin daha da məlumatlandırılmasıdır. Müzakirə rejimi çox vacib idi. Bizimlə birgə NATO-nun əlaqələr ofisi də iştirak edir. NATO-nun perspektivlərindən söhbət açdıq. Bizim hansı prosesdə olduğumuz, özünü müdafiə bacarığından və qərb inteqrasiyası ilə siyasi iqtisadi vəziyyətimizi izah etdik" - deyə bildirdi Mixeil Canelidze.

Bugünkü görüşdə yerli özünüidarəetmə nümayəndələri və eləcə də Kvemo Kartlinin qubernatoru, başqa maraqlanan şəxslər iştirak edirdilər. Görüş sual cavab rejimində keçdi. Gürcüstan üçün viza liberalizasiyanın dayandırılması təhlükəsi varmi sualına Canelidze cavab verib ki, Gürcüstan bunu saxlamaq üçün mübarizə aparır və bir daha diqqətə yetirib ki, hər bir Gürcüstan vətəndaşı üşün viza liberalizasiya rejimi nə dərəcədə önəmlidir.

NATO günləri 11-ci dəfərdir ki, qeyd olunur və 16 apreldən 1 maya qədər davam edəcək. Tədbir Gürcüstanda "NATO və AB haqqında məlumat mərkəzinin", təşkilatçılığı və Gürücüstan Xarici İşlər Nazirliyinin, Gürücüstanda NATO əlaqələr ofisinin və Gürcüstanda Bolqarıstan səfirliyinin (NATO-nun əlaqələndiriici səfirliyi) dəstəyi ilə keçirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google